Blokda usta işləyirmiş, elə bilib ki, kukladır Mingəçevirdəki hadisənin TƏFƏRRÜATI
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.
Milli.Az xəbər verir ki, bina sakini Elman İsmayılov hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Binanın qabağında idim, gördüm camaat yığışıb. Birinci blokda usta işləyirmiş, elə bilib ki, kukladır, qayıdanda görüb ayağı tərpənir. Biz də yaxınlaşdıq, gördük yaşyarımlıq körpə uşaqdır, amma şikəstdir. Üstündə pişik tükü, alnında da çapığı var idi", - o bildirib.
Qeyd edək ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Milli.Az
Baxış sayı:133
Bu xəbər 13 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















