Icma.az
close
up
RU
Flydubai təyyarəsində dəhşət Hadisənin TƏFƏRRÜATI

Flydubai təyyarəsində dəhşət Hadisənin TƏFƏRRÜATI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan Flydubai aviaşirkətinə məxsus təyyarə pilotlar arasında yaranan münaqişə səbəbindən Səudiyyə Ərəbistanında təcili eniş edib. İlkin məlumatlara görə, ikinci pilot kapitanı bir neçə dəfə bıçaqlayıb, daha sonra isə təyyarəni qəzaya uğratmağa cəhd edib. Onu zərərsizləşdirməyə reysin sərnişinləri kömək ediblər.

Flydubai reysi həyəcan siqnalları verdi

Modern.az xəbər verir ki, “The Jerusalem Post” qəzetinin məlumatına görə, əvvəlcə ekipaj ümumi fövqəladə vəziyyəti bildirmək üçün istifadə olunan 7700 kodunu aktivləşdirib. Daha sonra izləmə sistemləri 7500 kodunu qeydə alıb. Bu kod təyyarənin işinə qanunsuz müdaxilə, o cümlədən mümkün qaçırılma şübhəsi olduqda istifadə edilir.

Təyyarənin göyərtəsində təxminən 180 nəfər olub. Siqnalların ötürülməsindən sonra hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanı sərhədində istiqamətini dəyişib. CNN-in məlumatına görə, təyyarə iki dəqiqədən bir qədər çox müddətdə 10,3 min metrdən 5 min metrə (34 min futdan təxminən 16,6 min futa) enib. Təyyarə ilə əlaqə müvəqqəti olaraq kəsilib.

İsrail hakimiyyəti vəziyyəti potensial təhlükəsizlik təhdidi kimi qiymətləndirib. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb, Baş nazir Benyamin Netanyahu isə güc strukturlarının nümayəndələri ilə təcili məsləhətləşmələr keçirib. Ölkə polisi hərəkətlərin koordinasiyası üçün xüsusi operativ qərargah yaradıb.

Təbuqda təcili eniş

Ekipajla əlaqə bərpa edildikdən sonra təyyarə Səudiyyə Ərəbistanı istiqamətində uçuşunu davam etdirib. Layner Təbuq şəhərinin hava limanına enib. İlkin məlumatlara görə, enişdən sonra sərnişinlərin təhlükəsizliyinə təhdid müəyyən edilməyib.

Flydubai şirkəti uçuş zamanı ekipaj kabinəsində pilotlar arasında münaqişə baş verdiyini və bundan sonra ekipaj üzvlərindən birinin huşunu itirdiyini açıqlayıb. Bununla belə, şirkət hadisənin bütün təfərrüatlarını araşdırmağa davam edib.

Enişdən sonra aviaşirkət sərnişinləri Səudiyyə Ərəbistanından İsrailə çatdırmalı olan xüsusi reysin hazırlanmasına başlayıb. Ynet portalının məlumatına görə, Baş nazir Netanyahu və müdafiə naziri İsrael Kats da İsrail vətəndaşlarının geri qaytarılması üçün Səudiyyə Ərəbistanına hərbi xilasetmə təyyarələrinin göndərilməsi barədə göstəriş veriblər.

Pilotların kabinəsində münaqişə

İsrailin “Channel 12” telekanalının məlumatına görə, həyəcan siqnallarının verilməsinə pilotlar arasında baş vermiş dava səbəb ola bilər. KİV-lər pilotlardan birinin Rusiya, digərinin isə Ukrayna mənşəli olduğunu bildiriblər. Digər versiyaya görə isə münaqişəni başlayan pilot Oman vətəndaşı, onun həmkarı isə BƏƏ vətəndaşı olub.

Məlumata görə, münaqişə zamanı pilotlardan biri digərinə bıçaqla hücum etməyə cəhd edib. Sərnişinlər və digər ekipaj üzvləri vəziyyətə müdaxilə edərək hadisəyə nəzarəti ələ keçirə biliblər. Ynet portalının məlumatına görə, Oman vətəndaşı olan pilot təyyarəni qəzaya uğratmaq niyyətində olub, onun həmkarı isə sərnişinlərin köməyi ilə idarəetməni ələ keçirib. Bildirilir ki, İsrail hakimiyyəti terror aktı versiyasını nəzərdən keçirir.

İsrailin “Walla” portalının məlumatına görə, pilotlardan biri bıçaq xəsarətləri nəticəsində ölüb.

Sərnişinlərdən biri baş verənləri İsrail telekanalına danışıb. Onun sözlərinə görə, sərnişinlər qışqırıq səsləri eşidib, daha sonra pilotların kabinəsinin açıq olduğunu və içəridə qan gördüklərini bildiriblər. O deyib ki, sərnişinlər ekipaja münaqişəni dayandırmağa kömək edib və bundan sonra təyyarə eniş edib.

Flydubai sərnişinlərinin ifadələri – şahidlər nə danışıblar?

Reysin sərnişinlərinin sözlərinə görə, kabinədə münaqişə başladıqdan sonra bir çox insan nə baş verdiyini anlamayıb və həyatları üçün qorxu keçirib.

“Biz təyyarədə qışqırıq səsləri eşitdik. Daha sonra pilotların kabinəsi açıldı, qan gördük və məlum oldu ki, kimsə pilotu qatlanan bıçaqla vurub. İsrailli sərnişinlər təyyarədə olan ekipajla birlikdə hücum edəni zərərsizləşdirdilər və biz təcili eniş etdik. Elə anlar oldu ki, buradan sağ çıxmayacağımızı düşünürdük”, - deyə sərnişinlərdən birinin sözlərini “Channel 12” yayıb.

Reysdən çəkilmiş ilk fotoda sərnişinlərdən birinin köynəyinin qan içində olduğu görünür. Həmçinin şahidlər pilotların kabinəsində hər yerdə qan gördüklərini bildiriblər.

Digər sərnişinin sözlərinə görə, təyyarə güclü şəkildə silkələnib, insanlar isə təyyarənin qəzaya uğrayacağını düşünərək dəhşət içində qışqırıblar.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri