Icma.az
close
up
RU
Bloomberg: Avropa məyusdur, Putin isə vaxt udur

Bloomberg: Avropa məyusdur, Putin isə vaxt udur

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi iki saatlıq söhbətdən sonra Trampın sosial şəbəkədə Rusiya və Ukraynanın dərhal atəşkəs danışıqlarına başlamalı olduğunu, lakin ABŞ-nin prosesdə iştirak edib-etməyəcəyini dəqiqləşdirmədiyini yazdığına diqqət çəkib. Habelə, ABŞ prezidenti Moskvaya qarşı sanksiyalar, konkret müddətlər və ya təzyiqlərdən bəhs etməyib.
Agentlik bildirir ki, daha qətiyyətli addımlar gözləyən Avropa liderləri Trampın qeyri-sabitliyindən məyus olublar. Diplomatiya vasitəsilə sülhə nail olmaq cəhdlərindən sonra Avropada ABŞ-nin münaqişədən uzaqlaşa biləcəyi ilə bağlı narahatlıq artır. Adının çəkilməsini istəməyən yüksək vəzifəli avropalı məmur agentliyə açıqlamsında “Görünür, Tramp aktiv diplomatiyadan uzaqlaşır” ifadəsini işlədib.
Başqa bir mənbə əlavə edib ki, ABŞ prezidenti sanksiyaları sərtləşdirmək və ya dərhal atəşkəsdə israr etmək niyyətində deyil. Kiyevlə Moskva arasında birbaşa danışıqlar ideyası isə nə Ukraynada, nə də Aİ-də dəstək tapır.
“Görünür, Putin öz qoşunları üçün vaxt udur və atəşkəs getdikcə çətinləşir. Hazırkı vəziyyət danışıqları ləngidən Moskvanın xeyrinədir”, - Almaniyanın Marşal Fondunun “Geostrategiya Şimal” proqramının direktoru xanım Kristin Berzina deyib.
Qeyd edək ki, dünən Vladimir Putin və Volodimir Zelesnki ilə tələfon danışıqlarından sonra ziddiyyətli bəyanatla çıxış edən Donald Tramp, ABŞ-nin hələ vasitəçilik missiyasından geri çəkilmədiyini, lakin irəliləyiş görməyəcəyi təqdirdə belə bir addımı nəzərdən keçirəcəyini vurğulayıb.
- Əgər heç nə dəyişməsə, mən sadəcə kənara çəkiləcəyəm və imkan verəcəyəm ki, bunu başa düşsünlər”, - səbr həddinin harada olduğunu dəqiqləşdirməyən ABŞ prezidenti Ağ Evdə deyib.
Eyni zamanda, o, Ukraynaya silah tədarükünü və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib, lakin bununla bağlı tələsmədiyini bildirib.
“Bloomberg Economics” nəşrinin analitiklərinin fikrincə, Putinlə Trampın təsvir etdiyi kimi “gözəl” söhbətə baxmayaraq, Ukrayna ilə bağlı heç bir irəliləyiş olmayıb.
“Bunun Kremlin mövqeyində real dəyişikliyə, yoxsa ləngitmə taktikasının davamına işarə olduğu aydın deyil. Amma ikincisi daha çox ehtimal olunur”, -ekspert Aleks Kokçarov vurğulayır.
Avropa liderləri çaşqınlıq içindədir | VİDEO Belə qeyri-müəyyənlik Avropada müharibəni tez bir zamanda bitirəcəyi və Yaxın Şərqdə sabitliyi təmin edəcəyi vədini verən Trampa təzyiqləri artırır. Onun əvvəlki açıqlamaları daha qətiyyətli idi: keçən həftə o, Putinlə şəxsən görüşmədən sülhün mümkün olmadığını bildirib və hətta İstanbulda danışıqlar üçün Yaxın Şərqə səfərinin marşrutunu dəyişməyi təklif edib.
Lakin Rusiya ora aşağı səviyyəli nümayəndə heyəti göndərib, Tramp özü də ora getməyib. Nəticə yalnız sülh prosesində irəliləyiş əldə edilmədən əsirlərin mübadiləsinə dair razılaşma oldu.
Dərhal atəşkəs ideyasını dəstəkləyən Ukrayna prezidenti Volodimir Zelenski Trampın Putinə zəngindən əvvəl və sonra ABŞ lideri ilə danışıqlarda təkid edib ki, atəşkəs olmasa, Rusiyaya qarşı sanksiyalar gücləndirilsin. Bununla belə, Tramp yayındırıcı cavab verən Tramp Zelenskinin “ən asan həmsöhbət olmadığını” bildirib.
Trampın onunla və Zelenski ilə tələfon danışıqlarını şərh edən Vladimir Putin isə, onu “səmimi və faydalı” adlandıraraq, tərəflərin mümkün sülh müqaviləsi istiqamətində memorandum üzərində işləmək barədə razılığa gəldiyini deyib. Bununla belə, o, təfərrüatları açıqlamasa da, Rusiyanın “münaqişənin əsas səbəblərini” aradan qaldırmağa çalışdığını bir daha xatırladıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri