BMK ötən il ölkəmizə 17,83 milyon dollar yatırım ayırıb
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ötən il ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalarının həcmi 17,83 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində respublikada birbaşa xarici investisiyaların ümumi həcmində adıçəkilən maliyyə qurumundan yatırılan investisiyaların payı 0,3faizə çatıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar 7,046 milyard dollar (2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon dollar və ya 5,83 faiz çox) olub. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard dollar (2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard dolları və ya 43,3 faiz az) olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Aprel 2025 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















