Icma.az
close
up
RU
AYİB ötən il ölkəmizə 196 milyon avro yatırım qoyub

AYİB ötən il ölkəmizə 196 milyon avro yatırım qoyub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bunun 82 faizi “yaşıl” iqtisadiyyatın payına düşür

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatına görə, bu maliyyə qurumu  2024-cü ildə Azərbaycanda 8 layihənin icrasına 196 milyon avro investisiya yatırıb. Bank bu investisiyanın 82 faizini ölkənin “yaşıl” iqtisadiyyatına – enerji və nəqliyyat sektorları, maliyyə institutları, kiçik və orta biznes (KOB) subyektləri kimi müxtəlif sahələrə yönəldib.

AYİB Azərbaycanın karbonsuzlaşdırma hədəflərini dəstəkləyən əsas tərəfdaşlardan biri olub. Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı bank  Qafqazda ən böyük kommunal miqyaslı günəş elektrik stansiyalarının tikintisini birgə maliyyələşdirib və hazırda Azərbaycanda maliyyələşdirilən bərpaolunan enerjinin həcmi 1,2 giqavatı ötüb. Maliyyə qurumu respublikamıza ilk dəfə bərpaolunan enerji auksionunun keçirilməsində dəstək göstərib və yekun  COP29-da elan edilib. Nəticədə Qaradağ rayonunda 100 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi istiqamətində işə başlanılıb.    

Bank, eyni zamanda, Azərbaycanın ticarət donanmasının fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  42 milyon ABŞ dolları (38,71 milyon avro) kredit ayıraraq ölkənin nəqliyyat potensialına investisiya yatırıb. 2024-cü ildə AYİB Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq edərək, ticarətin maliyyələşdirilməsi limitini 50 milyon ABŞ dollarına (46,7 milyon avro) qədər təsdiqləyib. Bu mexanizm  maliyyə qurumunun Ticarətin Asanlaşdırılması Proqramı vasitəsilə Azərbaycan şirkətlərinin ixrac və idxal əməliyyatlarını dəstəkləmək və onların qlobal bazarlara inteqrasiyasına kömək etmək məqsədi daşıyıb.

Azərbaycanda fəaliyyət göstərən KOB-lar da AYİB-in fəal fəaliyyətinin əhəmiyyətli benefisiarları olub. İl ərzində və Avropa İttifaqının donor dəstəyi ilə bank yerli bizneslərə kredit üçün “AccessBank”  və “Bank Respublika”ya böyük məbləğdə kredit verib. AYİB, eyni zamanda, “AccessBank” ilə imzaladığı 15 milyon avro dəyərində yeni vəsaitlə Azərbaycanda Risk Bölüşdürmə Mexanizmini yenidən işə salıb.

Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 194 layihə çərçivəsində 3,962 milyard avro həcmində investisiya yatırıb. Həmin məbləğin 81 faizi (3,212 milyard avro) borcgötürənlər tərəfindən real iqtisadiyyata yönəldilib. Ümumi investisiyalarda özəl sektorun payı 26 faizdən 37 faizə yüksəlib.

Xatırladaq ki, AYİB 2024-cü ildə  Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb. COP29-da yerli kiçik və orta biznes strukturlarını (KOB-ları) maliyyələşdirmək üçün qurumun ilk “yaşıl” krediti “Bank Respublika”ya verilib. 

Keçən il “AccessBank” ilə birlikdə Azərbaycanda Risk Bölgüsü Çərçivəsi də yenidən işə salınıb. Bundan əsas məqsəd isə “AccessBank”ın yerli KOB strukturlarına verdiyi kredit riskini AYİB-lə bölüşmək olub. Beləliklə, 2024-cü ilin dekabr ayında Risk Bölgüsü Çərçivəsində ilk subkredit təsdiqlənib və yerli bizneslərin maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaqla və onların daha rəqabətqabiliyyətli olmasına kömək etməklə KOB-ları  dəstəkləmək  qarşıya mühüm vəzifə kimi qoyulub. 

AYİB hazırda 2025-ci il üçün digər Azərbaycan bankları ilə potensial tərəfdaşlığı araşdırır. Həmçinin ticarətin maliyyələşdirilməsində və yerli iqtisadiyyatın “yaşıllaşdırılması” səylərində iştirakını genişləndirməyə çalışır. Bütün bunların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.   

Növbəti illərdə bu beynəlxalq maliyyə qurumu rəqabət qabiliyyətinin artırılmasına, “yaşıl” maliyyənin təşviqinə, biznesdə qadınların dəstəklənməsinə və gənclərin məşğulluğunun artırılmasına diqqət yetirəcək. Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişaf etməsi istiqamətində önəmli layihələr gerçəkləşdiriləcək.  

Maliyyə qurumu Azərbaycanda bərpaolunan enerji layihələrinin icrasında fəal iştirak edən və bu istiqamətdə yüksək nəticələrə imza atan yeganə çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyur. Bankın bununla bağlı açıqlamasında deyilir: “2022-ci ildə biz ilk özəl kommunal miqyaslı 240 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını maliyyələşdirənlərdən biri olduq. Bunun ardınca 2023-cü ildə ölkənin ilk kommunal miqyaslı 240 MVt gücündə Xızı–Abşeron külək elektrik stansiyasının maliyyələşdirilməsi reallaşdı. Bu uğurlu investisiyalar iqlim maliyyələşdirməsinin daha da səfərbər edilməsinə yol açdı və bu il Biləsuvar və Neftçalada sazişin imzalanması ilə yekunlaşdı. Qafqazda bu günə qədər ən böyük olan bu günəş elektrik stansiyalarının ildə 600 min tondan çox CO2 qənaət edəcəyi təxmin edilir. 300 minə qədər evi “yaşıl” enerji ilə təchiz etməklə yanaşı, bu əhəmiyyətli investisiya regionun bütün bərpaolunan enerji bazarı üçün yeni bir mərhələdir”.

Qeyd edək ki, AYİB islahatlar istiqamətində elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji sektoru üçün aşağı karbonlu yolun yaradılması və milli hidrogen strategiyasının hazırlanması kimi məsələlər üzrə də Azərbaycan hakimiyyəti ilə siyasi dialoqu davam etdirir. Maliyyələşdirmə və islahatların bu şəkildə birləşməsi ölkəyə əlavə özəl iqlim maliyyəsini cəlb etmək məqsədi daşıyır.

Sonda qeyd edək ki, AYİB  1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqtisadiyyatına keçid məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayırıb. 

Böyük Britaniyanın paytaxtı London şəhərində 2019-cu ildə keçirilən AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında, həmçinin respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri