Icma.az
close
up
RU
BMMT nin Baş katibi Cenevrədə görüş keçirib

BMMT nin Baş katibi Cenevrədə görüş keçirib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 17 oktyabrda Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (HMƏO) Cenevrədəki rəhbəri və Nümayəndəsi, həmçinin Koordinasiya Departamentinin direktoru Rameş Racasinqham ilə görüşüb.

Bu barədə APA-ya Beynəlxalq Mülki Müdafiə Təşkilatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı BMMT və HMƏO-nun fəaliyyət məqsədlərinin bir-birini tamamlaması qeyd olunaraq, insanların həyatının qorunması, mülki müdafiənin təşkili, icmaların dayanıqlılığının artırılması və fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsi sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Praktiki əməkdaşlıq imkanları müzakirə olunub, xüsusilə birgə təlim proqramları, məlumat və təcrübə mübadiləsi, eləcə də humanitar əməliyyatlar zamanı koordinasiya və qarşılıqlı dəstək məsələləri diqqət mərkəzində olub.

Görüşdə həmçinin fövqəladə hallar və böhran vəziyyətlərinin idarəedilməsi mexanizmləri arasında operativ məlumat mübadiləsi və əlaqələndirmənin təkmilləşdirilməsi, eləcə də real hadisələr zamanı və beynəlxalq təlimlər çərçivəsində ekspert və müşahidəçi mübadiləsinin təşkili imkanları nəzərdən keçirilib.

Müzakirələrdə BMMT-nin BMT Baş Assambleyasında daimi müşahidəçi statusuna malik beynəlxalq təşkilat kimi humanitar məsələlər üzrə çoxtərəfli platformalarda daha fəal iştirak imkanları vurğulanıb.

Əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılarkən, tərəflər arasında Anlaşma Memorandumu layihəsinin hazırlanması və bu çərçivədə institusional əməkdaşlığın formalaşdırılması perspektivləri müzakirə edilib.

Görüşün sonunda mülki müdafiə və humanitar fəaliyyət sahələrində beynəlxalq əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə birgə səylərin davam etdirilməsi niyyəti ifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri