Icma.az
close
up
RU
BMT Azərbaycanın “ASAN xidmət” modelini dörd qitədə təşviq edəcək

BMT Azərbaycanın “ASAN xidmət” modelini dörd qitədə təşviq edəcək

Report.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın “ASAN xidmət” modeli dörd qitədə təşviq ediləcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") məlumat verilib.

Bildirilib ki, bununla bağlı Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.

​Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur. ​Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.

​Sazişə əsasən, Azərbaycanın "ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 26 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri