Icma.az
close
up
RU
BMT Baş Assambleyasının tarixi qətnaməsi

BMT Baş Assambleyasının tarixi qətnaməsi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fələstin dövləti necə yarana bilər?

Sentyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 142 səs lehinə, 10 səs əleyhinə olmaqla, 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən qətnamə qəbul edilib. Qətnamə “Nyu-York Bəyannaməsi” adlanır. Qeyd edək ki, sözügedən qətnamənin təşəbbüskarları Fransa və Səudiyyə Ərəbistanı olub. Sənəd BMT tarixində Fələstin məsələsində ən geniş dəstək toplayan sənədlərdən biri kimi qiymətləndirilir. Qətnamənin əleyhinə səsverənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. 12 ölkə, o cümlədən Kamerun, Danimarka, Moldova və Şimali Makedoniya səsvermədə bitərəf qalıb. Bu mühüm səsvermədə Azərbaycan  və Ermənistan da Fələstinlə bağlı qərarın “lehinə” səs verib. Gürcüstan isə səsvermədə iştirak etməyib. İsrailin Xarici İşlər Nazirliyi qətnaməni kəskin şəkildə rədd edərək, BMT Baş Assambleyasını “siyasi sirk” adlandırıb. Ekspertlər qeyd edilər ki, qətnamə hüquqi baxımdan məcburi xarakter daşımasa da, siyasi rəmz olaraq həm İsrailə, həm də dünya ictimaiyyətinə güclü mesaj göndərir  - onlar hesab edirlər ki, Fələstin məsələsində beynəlxalq konsensus getdikcə daha da möhkəmlənir.

Nəzəri baxımdan mümkün, amma praktiki...

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BMT Baş Assambleyasının Fələstinin müstəqilliyi ilə bağlı qətnaməsi Yaxın Şərqdə mövcud vəziyyətə heç bir təsir göstərməyəcək:

“1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Fələstin ərazisində ikili dövlət prinsipi əsasında yəhudi və ərəb dövlətinin yaradılması ilə bağlı plan tərtib etmişdi. Bu planda yəhudi və ərəb dövləti arasında ərazi bölgüsü və sərhəd xətləri müəyyən olunmuşdu. Lakin bu plan heç bir zaman baş tutmadı. Zaman keçdikcə, Fələstinə məxsus bir çox ərazilər İsrailin nəzarətinə keçdi. Hazırda çox az məsafəli ərazilər fələstinlilərin nəzarətindədir - həmin ərazilər isə İsrailin sərhəd xətləri və İsrail hakimiyyətinin nəzarətində olan ərazilərlə əhatəlidir. Bu, məsələni daha da mürəkkəbləşdirir. Eyni zamanda burada xüsusi bir məqamı nəzərə almaq lazımdır. Fələstin dövlətinin müstəqilliyi tanınsa belə, həmin dövlətin 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsindəki mövcudluğu qeyri-realdır. Ona görə ki, həmin sərhədlər artıq yoxdur. Vaxtilə Fələstin hakimiyyətinə məxsus olan ərazilərdə onilliklər ərzində güclü məskunlaşma həyata keçirilib - həmin ərazilərdə kütləvi şəkildə İsrail vətəndaşları məskunlaşdırılıb,” - deyə S.Hümbətov əlavə edib ki, İsrail heç bir zaman öz nəzarəti altında olan əraziləri Fələstinə qaytarmayacaq:  “Fələstin dövlətinin mövcudluğunu 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsində təmin etmək üçün ilk növbədə İsrailin nəzarəti altında olan ərazilər Fələstinə qaytarılmalı və ondan sonra ərazilərdə vaxtilə məskunlaşmış israilli sakinlər məcburi köçürülməlidir. Bu, indiyə qədər baş tutmayıb, bundan sonra da reallaşmayacaq”.

Ekspert vurğulayıb ki, Fələstin dövlətinin yaradılması nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan qeyri-mümkündür. “BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsinin həyata keçməsi qeyri-real görünür.  Ən yaxşı halda FƏTH VƏ HƏMAS-ın nəzarəti altında olan ərazilərdən ibarət Fələstin dövlətinin yaradılması mümkündür. Amma 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsində yox”.

Proses uzun zaman aparacaq

Politoloq Oqtay Qasımov qəzetimizə şərhində bildirib ki, BMT Baş Assambleyasında Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamənin qəbul edilməsi tarixi bir hadisədir. Onun sözlərinə görə, bu qətnamə son iki il ərzində Qəzzada baş verən hadisələrdən dolayı müzakirəyə çıxarılıb. “Bu, ciddi bir siyasi hadisədir, amma Fələstin dövlətinin formalaşması uzun zaman aparacaq. İlk növbədə İsrail bu məsələdə öz mövqeyini nümayiş etdirməlidir. İsrail bunun müqabilində öz təhlükəsizliyinə heç bir təhdidin törədilməyəcəyinə dair zəmanətlər istəyir. Xüsusilə də nəzərə almaq lazımdır ki, İsraildə hakimiyyətdə olan ultra-sağçı siyasi qüvvələr tamamilə başqa siyasi mövqedədirlər. Bu baxımdan ikili dövlət prinsipinin yaxın perspektivdə reallaşması inandırıcı görünmür. Bir çox faktorlar bu prinsipin həyata keçməsinə əngəl olur”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri