Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

BMT “beşlər”in aləti olmaqdan qurtulacaqmı?

BMT “beşlər”in aləti olmaqdan qurtulacaqmı?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq təhlükəsizlik sistemi üçün böhrandan çıxış yolları axtarılır

BMT Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində qlobal çağırışların, yeni güc balanslarının və çoxqütblülük tendensiyasının müzakirə olunduğu mühüm bir tribunaya çevrilmişdir. XXI əsrdə beynəlxalq təhlükəsizlik, iqlim böhranı, enerji keçidi, qida və su resurslarının idarə edilməsi, habelə regional münaqişələr və dövlətlərin suverenlik məsələləri dünya gündəminin mərkəzindədir. Müasir problemlər BMT-nin təsisat kimi effektivliyi və onun islahat ehtiyaclarını aktuallaşdırır.

BMT Təhlükəsizlik Şurasının mövcud strukturu əslində, II Dünya müharibəsinin siyasi reallıqlarının məhsuludur. 1945-ci ildə yeni qlobal nizam formalaşdırılarkən əsas məqsəd böyük güclərin razılığı olmadan beynəlxalq təhlükəsizlik sisteminin işləməyəcəyini nəzərə almaq idi. ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və Çin müharibənin qalib tərəfi kimi daimi üzvlük və veto hüququ qazandılar. O dövrdə bu yanaşma məntiqli görünürdü, çünki dünya düzəni yalnız həmin güclərin balansı üzərində qurula bilərdi. Lakin zaman keçdikcə həmin reallıqlar köhnəldi və Təhlükəsizlik Şurasının strukturu çağdaş çoxqütblü dünya ilə uzlaşmayan bir format kimi önə çıxdı.

Müasir mərhələdə legitimlik məsələsi ön plana çıxır. Təmsilçilik problemləri və veto hüququnun sui-istifadəsi BMT-nin əsas dayaqlarını sarsıdır. Əhalisinin sayına, iqtisadi gücünə və regional nüfuzuna görə yüksələn Hindistan, Braziliya, Türkiyə, Afrika dövlətləri kimi aktorların sistemli şəkildə qərarvermədən kənarda saxlanılması həm ədalət hissini zədələyir, həm də qərarların icrasında real dəstək bazasının daralmasına səbəb olur.

XXI əsrin çağırışları Təhlükəsizlik Şurasının daha çevik və inklüziv olmasını tələb edir. Münaqişələrdən əlavə iqlim böhranı, pandemiyalar, kibertəhlükəsizlik və qida böhranı kimi transmillli problemlər artıq qlobal təhlükəsizlik gündəminin mərkəzinə çıxıb. Lakin Şura hələ də əsasən ənənəvi hərbi-siyasi məsələlərə fokuslanır və yeni tipli problemlərdə vaxtında və effektli qərar qəbul etməkdə çətinlik çəkir. Bunun səbəbi strukturun dəyişməzliyi və qərarvermə mexanizmlərinin köhnəlməsidir. İslahat ehtiyacı danılmazdır, amma bunun reallaşdırılması asan deyil. Təhlükəsizlik Şurasının genişləndirilməsi, Qlobal Cənubun daha geniş təmsil olunması və veto hüququnun məhdudlaşdırılması barədə müzakirələr aparılsa da, bu məsələlər daimi üzvlərin siyasi iradəsindən asılıdır. Daimi üzvlərin öz mövqelərindən geri çəkilməsi ehtimalı zəif görünür. Məhz bu səbəbdən, ən real yol mərhələli islahatlar və adaptiv kooperasiya mexanizmləridir.

Belə şəraitdə sual ortaya çıxır: Böyük güclər öz maraqlarını bir kənara qoyaraq qlobal təhlükəsizlik üçün real addım atmağa hazırdırlarmı? Əgər cavab müsbət olarsa, BMT-nin islahat yolu açılar və “Dünya 5-dən böyükdür” tezisi yeni beynəlxalq düzənin təməl prinsiplərindən birinə çevrilər. Əks halda, XXI əsr çoxqütblülüyün gətirdiyi imkanlardan daha çox riskləri ilə yadda qalacaq.

***

BMT Baş Assambleyasının 80-ci sessiyası bir daha göstərdi ki, müasir beynəlxalq münasibətlərdə qarşıdurmalar və böhranlar qlobal idarəetmənin sınaq meydanıdır. Məsələn, Ukrayna müharibəsi Təhlükəsizlik Şurasının veto mexanizminin necə iflic effekti yaratdığını açıq göstərdi: Rusiya daimi üzv olaraq münaqişənin bir tərəfi olduğu üçün Şura hər hansı sərt və vahid qərar qəbul edə bilmədi. Blokada BMT-nin ənənəvi mandatlarına – humanitar yardımın təminatı, atəşkəs çağırışları və sanksiyaların koordinasiyası – təsir etdi və effektiv müdaxiləni gecikdirdi. Yaxın Şərqdə də vəziyyət oxşardır: İsrail–Fələstin münaqişəsi, Suriya böhranı və Yəməndə davam edən vətəndaş müharibələri göstərir ki, böyük güclərin maraqlarının toqquşduğu regionlarda BMT çox zaman kənardan müşahidəçi mövqeyinə çəkilir. Suriya münaqişəsində 2011-ci ildən bəri Təhlükəsizlik Şurası heç bir qərar qəbul edə bilməyib, çünki Rusiya və Çin veto hüququndan istifadə edərək BMT-nin hərəkət imkanını məhdudlaşdırıb.

Digər tərəfdən, Qlobal Cənub ölkələrinin – Hindistan, Braziliya, Cənubi Afrika, Nigeriya və s. – iqtisadi inkişaf problemləri və beynəlxalq iqtisadi sistemdəki qeyri-bərabərlik təşkilatın yalnız münaqişələrin idarəsi ilə məhdudlaşmamalı olduğunu göstərir. Bu ölkələr enerji, ərzaq və iqlim siyasətində artan rola malikdir, lakin qərarvermə mexanizmlərində hələ də kənarda qalırlar. Qlobal iqlim və enerji məsələləri üzrə razılaşmalarda Qlobal Cənub ölkələrinin tələbləri tez-tez gecikdirilir və nəticədə BMT tərəfindən idarə olunan qlobal tədbirlər effektini itirir. Bütün bunlar göstərir ki, BMT yalnız münaqişələri idarə edən deyil, həm də qlobal ədalətin bərpası və iqtisadi tarazlığın təmin olunması üçün əsas siyasi platforma olmalıdır. Burada isə növbəti əsas sual yaranır: BMT islahatsız mövcudluğunu davam etdirə bilərmi? Teorik baxımdan təşkilat tarixdə müəyyən dövrlərdə çox passiv rol oynasa da, formal olaraq fəaliyyətini qoruyub saxlayıb. Amma müasir şəraitdə islahatsız BMT getdikcə daha çox simvolik statusa geriləyəcək. Legitimlik problemi dərinləşdikcə onun qlobal siyasi proseslərdə çəkisi azalacaq. Yaranan boşluğu isə artıq görünən alternativ platformalar doldurmağa başlayır. BRICS-in genişlənməsi, ŞƏT-in Asiya məkanında təsirini artırması, “G20”-nin qlobal iqtisadi dialoq üçün əsas mərkəzə çevrilməsi onu göstərir ki, dünya nizamı tədricən parçalanır və regional bloklar öz qayda-setlərini formalaşdırmağa başlayır. Lakin bu fraqmentasiya heç də effektiv və universal idarəetmə demək deyil. Əksinə, qlobal problemlərin parçalanmış həlli beynəlxalq hüququn universallığını zəiflədir, dövlətlər arasında inamsızlığı artırır. Əgər BMT öz rolunu qorumaq istəyirsə, islahat zəruridir. İslahat dedikdə isə yalnız texniki dəyişiklik deyil, həm də siyasi iradə tələb edən əsaslı dəyişikliklər nəzərdə tutulur. Təhlükəsizlik Şurasının genişləndirilməsi, veto hüququnun məhdudlaşdırılması və ya heç olmasa şəffaflaşdırılması bu baxımdan mühüm addımlardır. Burada böyük güclərin məsuliyyətli davranışı əsas şərtdir. ABŞ və Qərb hegemonluq iddialarından imtina etməsə, “qlobal qaydalar” yenə birtərəfli maraqlar üzərində qurulacaq və bu, yeni münaqişələrə yol açacaq. Çin və Rusiya yalnız öz geosiyasi təsirlərini genişləndirməklə kifayətlənərsə, BMT-də islahat təşəbbüsləri imitasiya səviyyəsində qalacaq. Real kompromis üçün böyük güclər qəbul etməlidirlər ki, XXI əsrdə beynəlxalq idarəetmənin legitimliyi yalnız ortaq maraqların qorunması ilə təmin edilə bilər. Əgər islahatlar həyata keçirilməsə, dünya yeni bir “soyuq müharibə+fraqmentasiya” modelinə sürüklənəcək: Bir tərəfdə Qərb blokları, digər tərəfdə Avrasiya və Qlobal Cənub platformaları olacaq. Mövcud model isə universal idarəetməni mümkünsüz edəcək, çoxqütblülüyün üstünlüklərini yox, risklərini qabardacaq. Əsas nəticə budur: BMT islahatsız yaşaya bilər, amma təsirli ola bilməz. Təsirini itirərsə, beynəlxalq münasibətlərdə yaranacaq boşluqlar xaos və anarxiya ilə doldurulacaq. Buna görə də BMT-nin islahatı XXI əsrdə qlobal sabitliyin taleyi məsələsidir. Deməli, XXI əsrin mürəkkəb çağırışları artıq 1945-ci ilin reallıqlarına uyğun qurulmuş BMT-nin çiyinlərinə sığmır. Dünya dəyişib, güc mərkəzləri çoxalıb, Qlobal Cənub öz sözünü daha qətiyyətlə deməyə başlayıb. Amma beynəlxalq sistem hələ də beş daimi üzvün vetosu ilə kilidlənmiş vəziyyətdədir. Əsas məsələ sadə, amma həlledicidir: Gələcək nizam yalnız daha geniş təmsilçilik, ədalətli qərarvermə və universal əməkdaşlıq əsasında mümkündür. Həqiqəti görməyən dövlətlər sabahın anarxiyasına hazır olmalı, qəbul edənlər isə gələcəyin sabitliyini inşa edə biləcəklər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri