BMT də COP29 da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının Koordinasiya Seqmentində təmsil olunub, tədbirdə Bakıda keçirilən COP29 çərçivəsində əldə edilən mühüm nailiyyətlər vurğulanıb.
Bu barədə “Report”a diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan tərəfi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqində davamlılığı və inklüzivliyi təmin etmək üçün transformasiya həllərinə sadiqliyini təsdiqləyib.
Tədbirdə COP29-un əsas nailiyyətləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə yönələn Fəaliyyət Proqramı və “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın əhəmiyyəti vurğulanıb.
Həmçinin vurğulanıb ki, COP29-da müvafiq fəaliyyətlər nəticəsində yaranan sürət daha iddialı məqsədlər və gücləndirilmiş tərəfdaşlıq üçün əsas rolunu oynamalıdır.
BMT-nin Üzv Dövlətləri DİM-lərə yaxından uyğun gələn COP29 öhdəliklərini və bəyannamələrini dəstəkləməyə dəvət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Fevral 2025 03:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















