Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Əldə edilən nailiyyətlər və gələcək strateji hədəflər

Əldə edilən nailiyyətlər və gələcək strateji hədəflər

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan üçün təkcə xatırlanan bir tarix deyil, həm də müstəqillik dövrümüzün ən parlaq səhifələrindən birinin rəmzidir. Bu günün qeyd olunması hərbi-siyasi qələbəmizin təntənəsi olmaqla yanaşı, işğal dövrünün acı nəticələrinin aradan qaldırılması və bölgənin dirçəldilməsi istiqamətində başlanan böyük quruculuq prosesinin başlanğıcını ifadə edir. Tarixi faktlar göstərir ki, 1930-cu ildə rayon statusu alan Kəlbəcər işğala qədər 53 mindən artıq əhalisi, 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi ilə ölkənin ən iri və strateji bölgələrindən biri olmuşdur. Zəngin təbii sərvətlərə malik olan Kəlbəcər kənd təsərrüfatı, heyvandarlıq, sənətkarlıq və ticarət sahələrinin davamlı inkişaf etdiyi mühüm iqtisadi mərkəz kimi formalaşmışdı.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi ölkənin ən faciəli hadisələrindən biri kimi yadda qaldı. Bu işğal nəticəsində yüzlərlə dinc sakin qətlə yetirildi, çox sayda insan əsir götürüldü və bütün əhali öz doğma yurd-yuvalarından didərgin salındı. İşğal illərində təkcə şəhər və kəndlər talan edilmədi, həm də yüzlərlə tarixi-mədəni abidə, məktəblər, xəstəxanalar, mədəniyyət evləri və digər mühüm obyektlər məqsədli şəkildə dağıdıldı. Zəngin təbii sərvətlər Ermənistan tərəfindən qeyri-qanuni istismar edilərək daşındı. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi Kəlbəcərin qeyd-şərtsiz azad edilməsini tələb etsə də, rəsmi İrəvan bu beynəlxalq hüquq öhdəliyini kobud şəkildə pozdu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi isə regionun taleyini köklü şəkildə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa edərək yeni tarixi mərhələnin əsasını qoydu. Kəlbəcərin mürəkkəb dağlıq relyefi onu həm hərbi əməliyyatlar, həm də ümumi müharibə strategiyası baxımından xüsusi əhəmiyyətli məkana çevirirdi. Murovdağ silsiləsi boyunca yüksəkliklərin nəzarətə götürülməsi düşmənin hərəkət imkanlarını məhdudlaşdırdı və Ermənistan ordusunun logistik təminatını çökdürdü. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı isə Kəlbəcərin bir güllə belə atılmadan geri qaytarılmasına səbəb oldu və bu, Azərbaycan diplomatiyasının hərbi-siyasi qələbə üzərində qurulmuş mühüm nailiyyəti kimi tarixə düşdü.
Azadlıqdan sonra Kəlbəcərə qayıdan dövlət nümayəndələri, xüsusilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfərləri bölgənin bərpasına verilən yüksək diqqətin göstəricisidir. Kəlbəcərdə dağıntıların miqyasını şəxsi müşahidə edən dövlət başçısı erməni vandalizminin burada törətdiyi ekoloji, iqtisadi və mədəni cinayətləri dəfələrlə qeyd etmişdir. Bu gün Kəlbəcər “2040-cı ilədək inkişafına dair Baş planı” əsasında yeni dövrünü yaşayır. Müasir şəhərsalma prinsiplərinə əsaslanan bu plan mərkəzdə orta mərtəbəli binaların, ətraf ərazilərdə isə fərdi evlərin tikintisini, geniş yaşıl zolaqların, məktəblərin, xəstəxanaların, sosial obyektlərin yaradılmasını nəzərdə tutur. Artıq birinci yaşayış kompleksində yüzlərlə ailə məskunlaşıb, yeni mərhələlər üzrə daha çox ailənin qayıdışı planlaşdırılır. Kəndlərdə aparılan bərpa işləri həm turizm, həm kənd təsərrüfatı, həm də sosial inkişaf istiqamətlərində mühüm nəticələr verir.
Kəlbəcərin strateji mövqeyi onun bütün dövrlərdə xüsusi əhəmiyyətə malik olmasına səbəb olmuşdur. Hazırda rayonun həm iqtisadi, həm logistik, həm də enerji potensialı yenidən formalaşdırılır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli ölkənin ən irimiqyaslı infrastruktur layihələrindəndir və bu yol regionu əks tərəflərlə birləşdirən əsas magistrala çevrilir. Bununla yanaşı, tikilən su elektrik stansiyaları Kəlbəcərin təmiz enerji mərkəzinə çevrilməsinə imkan yaradır. İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü və qətiyyətini nümayiş etdirir. Bu diyar öz qədim tarixinə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyur və Böyük Qayıdış Proqramının ən uğurlu nümunələrindən biri kimi formalaşır.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri