Icma.az
close
up
RU
BMT də WUF13 ə hazırlıq təqdimatları

BMT də WUF13 ə hazırlıq təqdimatları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu il mayın 17–22-də “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə təqdim olunub.

Yanvarın 29-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Polşa və Zimbabve respublikaları BMT yanında Daimi nümayəndəliklərinin həmsədrliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi üzrə Dostlar Qrupunun iclası keçirilib.

İclas Dostlar Qrupunun həmsədrlərinin açılış nitqləri ilə başlayıb. Ardınca BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Gündəliyinin icrası üçün əsas fəaliyyət çərçivəsi, öhdəliklər, prioritetlər və hesabatlılıq mexanizmləri barədə təqdimatla çıxış edib.

UN-Habitat-ın Dostlar Qrupu dünyanın bütün regionlarını təmsil edən 50 dövlətin üzv olduğu platformadır və əsas məqsədi şəhərlərin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təşviq etmək üçün üzv dövlətlər arasında dialoq və əməkdaşlığı gücləndirməkdir.

İclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı təqdimat edilib, forumun mövzusu, əsas tədbirləri və WUF13-ə hazırlıq prosesi haqda məlumat verilib.

Yanvarın 30-da Azərbaycan Respublikasının Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş diplomatik brifinq keçirilib. Tədbirdə BMT yanında akkreditə olunmuş 100-dən çox daimi nümayəndəliklərin rəhbərləri, müşahidəçilər və diplomatik korpusun üzvləri iştirak ediblər.

Brifinqdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, daimi nümayəndənin müavini Elvin Əşrəfzadə Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində qlobal dialoqa verdiyi töhfələri vurğulayıb və WUF13-ün müasir çağırışlara kollektiv cavabların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxışında bildirib ki, WUF13 dünyada 3 milyard insanı əhatə edən qlobal mənzil böhranının həlli üçün dialoqu genişləndirmək, tərəfdaşlıqları gücləndirmək və praktik həlləri təşviq etmək baxımından mühüm platformadır. O vurğulayıb ki, WUF13 tədbiri Yeni Şəhərsalma Gündəliyinin icrasına dəstək verərək şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı inkişafına töhfə verəcək.

Brifinqdə WUF13 Milli Koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək forumun mövzusu, məqsədləri və foruma hazırlıq prosesləri barədə məlumat verib. O, Azərbaycanın WUF13-də irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili, interaktiv və nəticəyönümlü formatda Nazirlər Görüşünün keçirilməsi, 35 min kvadratmetr ərazidə təşkil olunacaq “Urban Expo” sərgisindən danışıb.

Brifinq çərçivəsində UN-Habitat-ın Kanada ofisinin rəhbəri Omar Siddique WUF13-ün proqramı, əsas tədbirləri və iştirak imkanları barədə təqdimatla çıxış edib. Tədbir sual-cavab sessiyası ilə davam edib. Türkiyə, Qırğızıstan, Belarus, Pakistan, El Salvador və digər ölkələrin diplomatları WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunacağına Azərbaycana olan inamlarını ifadə ediblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri