BMT dən Fələstinə dəstək: 162 ölkə lehinə səs verdi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 162 lehinə, 8 əleyhinə səslə Fələstin xalqının öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu təsdiqləyən qətnamə qəbul edib.
Turkustan.az xəbər verir ki, qətnamə layihəsi Baş Assambleyanın insan hüquqları və humanitar məsələlərlə bağlı Üçüncü Komitəsi tərəfindən təqdim olunub.
Səsvermədə 162 ölkə qətnamənin lehinə, 8 ölkə əleyhinə səs verib, 8 ölkə isə bitərəf qalıb.
Qətnaməni dəstəkləyən ölkələr arasında Türkiyə, Avropa İttifaqına üzv dövlətlər, Kanada, Avstraliya, eləcə də Cənubi Amerika, Asiya və Afrikanın əksər ölkələri yer alıb. ABŞ, İsrail, Argentina, Paraqvay, Mikroneziya, Nauru, Papua-Yeni Qvineya və Palau isə sənədin əleyhinə səs verib.
Qətnamədə Fələstin xalqının İsrail işğalından azad öz torpaqlarında azad və müstəqil yaşamaq hüququnun ayrılmaz olduğu təsdiqlənir. Həmçinin bu hüququn qeyd-şərtsiz və müzakirə mövzusu ola bilməyəcəyi vurğulanır.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 21 Noyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















