Fələstinə dəstək bəyannaməsi Bakı da lehinə səs verdi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
Axar.az xəbər verir ki, 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.
Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb.
Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan yer alıb. Daha 12 ölkə isə bitərəf qalıb.
Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.
Baxış sayı:52
Bu xəbər 12 Sentyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















