BMT: Dünyada ərzaqların 13,3 faizi itkiyə çevrilir
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı problemlər müzakirə olunduğu bir vaxtda, istehsal olunan qidaların əhəmiyyətli hissəsinin istehlakçıya çatmadan itirilməsi diqqət çəkir.
Bu itkilər təkcə ərzaq ehtiyatlarına deyil, həm də kənd təsərrüfatına sərf olunan suya, enerjiyə və maliyyə vəsaitlərinə təsir edir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci ildə açıqladığı məlumatlara görə, dünyada istehsal olunan ərzağın 13,3 faizi yığım mərhələsindən pərakəndə satışa çatana qədər itirilir. Bu, ildə təxminən 1,31 milyard ton ərzaq deməkdir.
Ən böyük itkilər Saxaradan cənubda yerləşən Afrika ölkələrində qeydə alınır. Bu regionda istehsal olunan ərzağın 23 faizi satış mərhələsinədək itkiyə çevrilir. Şimali Amerika və Avropada isə göstərici 10 faizdir. Məlumatlara əsasən, ən çox itkiyə məruz qalan məhsullar meyvə və tərəvəzlərdir. Bu məhsulların 25,4 faizi istehlakçıya çatmamış itirilir. Ət və digər heyvan mənşəli məhsullarda isə bu göstərici 14 faizdir.
Ərzaq itkilərinin əsas səbəbləri arasında məhsulların düzgün saxlanılmaması, daşınma zamanı yaranan problemlər, emal imkanlarının məhdudluğu və təchizat zəncirindəki çatışmazlıqlar yer alır. Bu problemlər xüsusilə saxlama və soyutma infrastrukturunun yetərli olmadığı ərazilərdə daha ciddi nəticələrə səbəb ola bilər.
FAO-nun məlumatına görə, ərzaq itkisi və israfı qlobal istixana qazı emissiyalarının təxminən 8-10 faizini təşkil edir.
Buna görə də itkilərin azaldılması həm ərzaq ehtiyatlarından daha səmərəli istifadə, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətlidir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















