Icma.az
close
up
RU
BMT Forumunda mina qurbanları ilə bağlı platforma təqdim edilib

BMT Forumunda mina qurbanları ilə bağlı platforma təqdim edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 aprel, AZƏRTAC

İslam Əməkdaşlığı Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT ECOSOC (İqtisadi və Sosial Şura) Gənclər Forumu çərçivəsində baş tutan "Qoşulmama Hərəkatı gənclərinin baxışı: Mina fəaliyyətində regional və qlobal əməkdaşlıq" adlı yan tədbirdə çıxış edib.

Avrasiya Regional Mərkəzindən AZƏRTAC-a bildirilib ki, R.Həbibzadə çıxışında mina fəaliyyəti sahəsində regional və qlobal əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu prosesdə gənclərin roluna xüsusi diqqət çəkib.

O, tədbir iştirakçılarına, həmçinin İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 2023-cü ildə təsis olunmuş “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclər Platforması” haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu platformanın məqsədi mina qurbanlarının, xüsusilə gənc qurbanların səslərinin eşidilməsini təmin etmək, gənclərin rəhbərlik etdiyi müdafiə və reabilitasiya təşəbbüslərini dəstəkləmək və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Platformanın təqdimatından sonra tədbir iştirakçıları ilə interaktiv formatda sual-cavab sessiyası keçirilib.

Qeyd edilib ki, yan tədbirdə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda iştirak edən müxtəlif ölkələrdən gəlmiş gənc nümayəndələrlə yanaşı, BMT və onun agentlikləri, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (NAM YO), ANAMA və digər uyğun qurumların nümayəndələri də iştirak ediblər. Tədbir mina fəaliyyəti sahəsində gənclərin daha geniş iştirakının təşviqi və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see384

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see366

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see307

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see300

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see295

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see291

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see287

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see271

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see247

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see240

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri