BMT İranla bağlı qətnaməni qəbul etdi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranda insan haqlarının geniş şəkildə pozulmasına qarşı qətnaməni təsdiqləyib.
Axar.az xəbər verir ki, qətnamədə digər məsələlərlə yanaşı, ölüm hökmünün icrasının artırılmasına qarşı xəbərdarlıq edilib, edamların sayının artırmasının İranın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilib.
Noyabrın 20-də təsdiqlənən qətnamədə BMT İranda ölüm hökmünün tətbiqinin narahatedici səviyyədə artımını kəskin şəkildə pisləyib:
"Bəzi edamlar məcburi etiraflara əsaslanaraq, ədalətli mühakimə və lazımi proses olmadan həyata keçirilir".
BMT həmçinin etnik və dini azlıqlara, o cümlədən bəhai təriqətinə mənsub şəxslərə ölüm hökmünün tətbiqindən ciddi narahatlığını ifadə edib, qadınların edamının davam etdirilməsini qınayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















