Icma.az
close
up
RU
BMT İsraildən HƏMAS ilə əlaqələrini sübut etməyi tələb edir

BMT İsraildən HƏMAS ilə əlaqələrini sübut etməyi tələb edir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəhbəri Tom Fletçer İsraildən agentlik işçilərinin HƏMAS-la əlaqəsi olduğuna dair ittihamların sübutunu təqdim etməyi tələb edib.

Bu barədə “Reuters”in gördüyü BMT Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda deyilir.

Xatırladaq ki, çərşənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən İsrail səfiri Denni Danon Fletçeri və OCHA-nı neytrallığı itirməkdə ittiham edib. Onun sözlərinə görə, İsrail HƏMAS-ın humanitar missiya əməkdaşları ilə əlaqələrinə dair “aydın sübutlara” malikdir. Danon həmçinin bildirib ki, İsrail OCHA əməkdaşlarına vizaların verilməsinə məhdudiyyət qoyacaq - indi onlar yalnız bir ay müddətinə veriləcək.

Məktubda Fletçer ittihamları "son dərəcə ciddi" adlandırıb və onların münaqişə zonasında çalışan BMT əməkdaşlarının təhlükəsizliyinə təsir edə biləcəyini vurğulayıb. O qeyd edib ki, İsrail əvvəllər rəsmi olaraq belə iddialarla çıxış etməyib.

"Mən gözləyirəm ki, İsrail hakimiyyəti onları bu cür bəyanatlar verməyə vadar edən bütün sübutları dərhal bu Şuraya təqdim edəcək", - deyə Fletçer vurğulayıb.

O, həmçinin qeyd edib ki, OCHA-nın humanitar işi mülki insanların həyatını xilas etmək üçün lazım gələrsə, HƏMAS da daxil olmaqla münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamağı nəzərdə tutur. Fletçer: "İsrail hakimiyyətinin bildiyi kimi, HƏMAS ilə əlaqələrimiz də girovların azad edilməsinə şərait yaradıb", - deyə bildirib.

Fletçer münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə çağıraraq: “Biz Qəzzada dinc əhalinin aclığına son qoyulmasını tələb etmək və bütün girovların qeyd-şərtsiz azad edilməsini tələb etmək arasında seçim etmirik”, - deyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri