Paşinyan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan elektrik şəbəkəsini Azərbaycan və Türkiyənin elektrik şəbəkələri ilə birləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin enerji strategiyası barədə danışarkən bildirib.
“Biz elektrik şəbəkəmizi Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirəcəyik. Artıq İran və Gürcüstanın şəbəkələrinə qoşulmuşuq. Elektrik enerjisinin ötürülməsini daha səmərəli etmək üçün investisiya yatırırıq”, – Paşinyan deyib.
Onun sözlərinə görə, enerji, o cümlədən elektrik enerjisinin tranziti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin mühüm hissəsidir.
“Sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcəyik. "Sülh kəsişməsi" layihəsi gerçəyə çevrilir”, – Baş nazir bildirib.
Paşinyan Ermənistanın yeni atom elektrik stansiyası tikəcəyini və günəş enerjisindən daha səmərəli istifadə üçün enerji saxlama gücləri yaratmağı planlaşdırdığını da açıqlayıb.
“Bərpaolunan enerjini, xüsusilə günəş enerjisini sürətlə inkişaf etdiririk. İndi isə enerji saxlama gücləri yaratmalıyıq. Bu imkanlar olmadan günəş enerjisindən istifadənin səmərəliliyi iki dəfə azalır”, – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















