BMT nin 50 əməkdaşı saxlanılıb: İsrail qüvvələri onlardan canlı qalxan kimi istifadə edib...
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini sensasiyalı bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrail qüvvələrinin indiyədək 50-dən çox əməkdaşlarını saxlayaraq, onlardan döyüşlərdə canlı qalxan kimi istifadə etdiyini iddia edib.
Lazzarini əlavə edib ki, UNRWA-nın 50-dən çox əməkdaşı ilə yanaşı, müəllimlər, həkimlər və digər kateqoriyadan olan işçilər də oxşar halı yaşayıb və ya yaşamaqdadır: "Kədərli haldır ki, saxlanılanların hər biri ilə pis rəftar edilib,, döyülüb və canlı qalxan kimi istifadə olunublar. Hətta İsrail həbsxanasında olarkən işgəncələrə məruz qalan və daha sonra sərbəst buraxılan UNRWA işçisi mənə “kabusumun bitməsi üçün ölüm arzulayırdım” dedi. Bu ürəkağrıdıcı və iyrənc mənzərədir. Humanitar təşkilatın işçilərinə qarşı belə hallar dözülməzdir..."
Tahir Şəlvəli
MİA.AZ
Baxış sayı:117
Bu xəbər 30 Aprel 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















