Icma.az
close
up
RU
BMT nin Baş katibi: Qazıntı yanacaqlarından təmiz enerjiyə keçid ədalətli olmalıdır

BMT nin Baş katibi: Qazıntı yanacaqlarından təmiz enerjiyə keçid ədalətli olmalıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Braziliyanın Belem şəhərində COP30 iqlim müzakirələrinin sona çatdığı bir vaxtda BMT-nin Baş katibi Antonio Quterreş və Braziliya Prezidenti Luis İnasio Lula da Silva ayrı-ayrılıqda çıxış edərək vahid bir mesajı çatdırıblar: dünya bizi izləyir və ortaq məxrəcə gəlməyimizi gözləyir.

Hər iki lider qazıntı yanacaqları, iqlim maliyyəsi və digər əsas məsələlərdə çıxılmaz vəziyyətin yarandığı barədə məlumatların yayıldığı bir məqamda danışıqlar aparanları karbohidrogen ehtiyatlarından istifadənin tədricən dayandırılması, habelə uyğunlaşma maliyyəsinin artırılması üçün qətiyyətli hərəkət etməyə çağırıb və COP30-un son saatlarında ədalət və ambisiyanın əsas amil olmasında israr edib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, cümə axşamı jurnalistlərə müsahibə verən A.Quterreş ölkələri elmi tədqiqatlara etimad göstərməyə, insan amilini mənfəətdən üstün tutmağa, habelə uyğunlaşma maliyyəsinin üçqat artırılmasına və emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına çağırıb. O vurğulayıb ki, nazirlər və danışıqlar aparanlar liderlik, cəsarət və vicdan nümayiş etdirməli, 1.5°C-nin yeganə müzakirəsiz qırmızı xətt olaraq qaldığını nəzərə almalıdırlar.

Baş katib xəbərdarlıq edib ki, yekun razılaşmada iqlim dəyişikliyinə uyğunlaşma resursları ilə bağlı narahatlıqlar artan emissiyaların qarşısını almaq ehtiyacı ilə balanslaşdırmalıdır. O, adaptasiyanın milyonlarla insan üçün ac qalmamaq, əcdadlarının torpağının tək etməmək üçün mühüm amil olduğunu bildirib.

BMT-nin Baş katibi COP28-də razılaşdırıldığı kimi, tərəfdaşları ədalətli, nizamlı və bərabər keçidə çağırıb. O bildirib: “Eyni zamanda, qazıntı yanacaqlarından bərpaolunan enerjiyə ədalətli keçid olmazsa, heç bir həll yolu ola bilməz. Qazıntı yanacaqlarına üstünlük verən bazar təhriflərinə və təmiz enerjiyə keçidi sabotaj etmək üçün nəzərdə tutulmuş dezinformasiyaya son qoyulmalıdır”.

Baş katibin mətbuat brifinqindən bir neçə saat sonra Belemdəki COP30 məkanındakı pavilyonda yanğın baş verib ki, bu da təxliyələrə səbəb olub və gərgin danışıqları qısa müddətə pozub. Braziliya və BMT-nin təhlükəsizlik qrupları ərazini təmizləməyə kömək edib. Yanğın tez bir zamanda nəzarət altına alınıb və xəsarət alan olmayıb.

Braziliya Prezidenti isə jurnalistlərə bildirib ki, qazıntı yanacaqları istixana tullantılarının əksəriyyətini yaradırsa, biz onlarsız necə yaşamaq barədə düşünməyə başlamalıyıq. “Mən bunu gündəlik beş milyon barel neft hasil edən bir ölkənin lideri kimi çox rahatlıqla deyirəm”, -deyə o vurğulayıb.

Prezident Lula Braziliyanın etanol, biodizeldən istifadə etdiyini vurğulayıb, neft və mədən şirkətlərini bu prosesə töhfə verməyə çağırıb. O, çoxtərəfli bankları Afrika və Latın Amerikasının yoxsul ölkələrinə həddindən artıq faiz dərəcələri tətbiq etməyi dayandırmağa və bu borcların bir hissəsini investisiyalara çevirməyə dəvət edib.

Braziliya Prezidenti COP30-da ictimaiyyətin iştirakını yüksək qiymətləndirib, noyabrın 15-də keçirilən “Xalq yürüşü”nün son dərəcə gözəl və nizamlı olduğunu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri