Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

“BMT nin mexanizmləri işləmir, islahatlar ədalətli olmalıdır” ŞƏRH

“BMT nin mexanizmləri işləmir, islahatlar ədalətli olmalıdır” ŞƏRH

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Son günlər ABŞ administrasiyasının BMT-yə maliyyə ödənişlərini müvəqqəti dayandırması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin açıqlamasına görə, Prezident Donald Tramp təşkilatda real islahatların aparılacağına əmin olana qədər maliyyə dəstəyini dayandırmaq qərarı verib.

Bu addım həm BMT-nin gələcək funksionallığı, həm də qlobal güc balansı baxımından müxtəlif suallar doğurur.

ABŞ-ın BMT-yə maliyyə ödənişlərini dayandırması beynəlxalq təşkilatın fəaliyyətinə və qlobal diplomatik mühitə necə təsir göstərə bilər? Bu qərar BMT-də real islahatların başlanmasına səbəb ola bilərmi, yoxsa daha çox siyasi təzyiq xarakteri daşıyır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, təkcə ABŞ yox, demək olar ki, iri və xırda bütün ölkələr BMT-dən narazıdırlar:

“Çünki BMT-nin mexanizmləri işləmir. Bu işləməmənin ilk ciddi siqnallarını vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququ ilə əlaqədar səsləndirmişdi. ABŞ Prezidenti Donald Trampın son zamanlar qəbul etdiyi bu və oxşar qərarlar diqqət çəkir. Lakin spesifik olaraq BMT ilə bağlı verilən bu qərar ABŞ-ın BMT-də islahatlar aparılmasını istəməsi ilə əlaqədardır.

Təbii ki, Trampın məsələsi bundan irəli gəlmir və böyük ehtimalla məqsədi də bu deyil. Amma ümumilikdə böyük dövlətlər özləri də prosesdən narazıdırlar. Hazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — məsələn, Çin və Rusiya — Amerikanın və digər üzvlərin qərarlarını veto edir. Eyni qaydada, Çin tərəfindən irəli sürülən qərarları da Amerika və onun tərəfdarları veto edir.

Bu isə faktiki olaraq hər iki tərəf üçün dalana dirənmə yaradır və heç bir ciddi səviyyəli qərar qəbul edilə bilmir. Buna görə də BMT-yə ən çox maliyyə yatırımı edən ölkə olan Amerika belə bir qərar verib. Burada qeyri-adi bir məqam yoxdur. ABŞ-ın təkliflərinin nə dərəcədə konstruktiv olacağı, dövlətlərin maraqlarını nə dərəcədə əks etdirəcəyi isə sual altındadır. Amerika tərəfinin yanaşması belə görünür: ya bütün ölkələr eyni səviyyədə, vahid kvota ilə maliyyə yatırımı etməlidir, ya da kim daha çox vəsait ayırırsa, onun söz haqqı daha çox olmalıdır. Görünür, onlar məsələyə bu cür yanaşırlar”.

Politoloqun sözlərinə görə maliyyənin kəsilməsi ciddi problemdir və əgər davamlı olarsa, bunun təsiri böyük olacaq:

“BMT-yə yardımların azaldılması, xüsusən də Amerika tərəfindən, təşkilatın mövcud vəziyyətini daha da pisləşdirəcək. Təbii ki, biz BMT deyəndə təkcə dövlətlərin toplandığı siyasi strukturu nəzərdə tutmuruq. Orada humanitar təşkilatlar və BMT-nin çoxsaylı alt qurumları fəaliyyət göstərir ki, onların hamısının maliyyəyə ehtiyacı var və əksəriyyəti Amerika və digər ölkələrin maliyyə dəstəyi hesabına işləyir. Bu maliyyənin kəsilməsi ciddi problemdir və əgər davamlı olarsa, bunun təsiri böyük olacaq.
İslahatlar gözləntisi əslində uzun müddətdir ki, var və islahatların olması da lazımdır. Amerikanın diktəsi əsasında həyata keçiriləcək bir islahat olacaqsa, bu, islahat sayılmaz, sadəcə bir tərəfin maraqlarının təmin edilməsi demək olar.

Real islahatlar elə olmalıdır ki, BMT də daxil olmaqla bütün tərəflər bunun ədalətli olduğuna inansın. Bu baxımdan, BMT-də “5 daimi üzv” məsələsi aradan qaldırılmalıdır. Yaxud ən azından həmin 5 daimi üzvün sırasında müsəlman ölkələrindən birinə də yer verilməlidir. Bundan başqa, mənə elə gəlir ki, əlavə dəyişikliklərə elə də ehtiyac yoxdur.

BMT-də qərarlar səsvermə yolu ilə qəbul edilməlidir və veto hüququnun mövcudluğu məntiqsizdir. Niyə hansısa ölkəyə “qurucu ölkə” statusu əsasında belə bir xüsusi səlahiyyət verilməlidir? Bu yanaşma məntiqli deyil. Əgər burada planetin gələcəyi və siyasi sferaya aid məsələlər müzakirə edilirsə, dünyanın ən böyük təşkilatında planetin hər nöqtəsini təmsil edən ölkələrin dövlət başçılarının da sözü eyni dəyərdə olmalıdır. Belə deyək: hansısa kasıb ölkə ilə Rusiyanın sözünün eyni çəkidə olması əsl ədalətin təzahürü olar.

Əks halda, islahat adı altında hansı addımlar atılsa da, problemlər öz həllini tapmayacaq və məqsədə çatılmayacaqdır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri