İnsanlar yenidən Aya uçacaq NASA dan tarixi açıqlama
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) amerikalı astronavtların Aya qayıdışı ilə bağlı yenilənmiş planını təqdim edib. Proqrama əsasən, 2027-ci ildə eniş modullarının sınaqları keçiriləcək, ilk pilotlu enişin isə 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.
Yenilənmiş plana əsasən, iki əsas missiyanın həyata keçirilməsi nəzərdə tutulur: 2027-ci ildə Artemis III, 2028-ci ildə isə Artemis IV. Astronavtların Ay səthinə enişi məhz ikinci missiya çərçivəsində planlaşdırılır.
Artemis III missiyası zamanı dörd astronavtın iştirakı ilə Yerətrafı orbitdə 14 günlük sınaqlar keçiriləcək. Ekipaj Space Launch System (SLS) raketi vasitəsilə Orion kosmik gəmisində kosmosa göndəriləcək.
Missiyanın əsas məqsədi SpaceX və Blue Origin şirkətlərinin hazırladığı iki eksperimental Ay eniş modulu ilə birləşmə və qarşılıqlı fəaliyyət sınaqlarını həyata keçirməkdir.
İlk olaraq astronavtlar Blue Origin şirkətinin Blue Moon aparatını sınaqdan keçirəcəklər. Daha sonra SpaceX-in Starship V3 kosmik gəmisi ilə analoji sınaqlar aparılacaq. Bu sınaqlar astronavtların gələcəkdə Ay səthinə təhlükəsiz enişi üçün zəruri texnologiyaların hazırlığını yoxlamağa imkan verəcək.
Artemis IV missiyası üçün NASA iki mümkün eniş sistemini nəzərdən keçirir. SpaceX Ay istiqamətində uçuşdan əvvəl Yerətrafı orbitdə yanacaqla doldurulması nəzərdə tutulan Starship gəmisindən istifadə etməyi planlaşdırır.
Blue Origin isə Blue Moon Mark 2 eniş modulunu hazırlayır. Bu aparat əlavə mühərrik pillələrinin köməyi ilə Aya çatdırılmalı, daha sonra Ay orbitində Orion kosmik gəmisi ilə birləşməlidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Noyabr 2026 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















