BMT qərargahını İstanbula köçürə bilərlər
Icma.az bildirir, Reyting.az portalına istinadən.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib ki, ABŞ-nın maliyyə təzyiqi və siyasi müdaxiləsi fonunda BMT və onun əsas qurumlarının Nyu-Yorkdan İstanbul da daxil olmaqla, dünyanın digər şəhərlərinə köçürülməsinin mümkünlüyünü müzakirə edirlər.
Reytring.az xəbər verir ki, hazırda İstanbul BMT mərkəzi üçün əsas namizəd şəhərlərdən biri hesab olunur.
“TRT World” telekanalının İstanbulun BMT-nin potensial qərargah yeri ola biləcəyi ilə bağlı sualına Düjarrik “İstanbul artıq BMT-nin müxtəlif təşkilatlarının regional qərargahlarına ev sahibliyi edir, ona görə də bunu daim qiymətləndiririk”,- deyə cavab verib.
Xatırladaq ki, BMT-nin altı əsas orqanından beşi (Baş Assambleya, Təhlükəsizlik Şurası, BMT-nin İqtisadi və Sosial Şurası, Qəyyumlar Şurası və BMT Katibliyi) hazırda BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşir. Beynəlxalq Ədalət Məhkəməsinin qərargahı isə Hollandiyanın Haaqa şəhərindədir.
V. QULİYEV
Baxış sayı:89
Bu xəbər 29 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















