BMT: Qəzzada ən azı 1,6 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üz üzədir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı hesabatına görə, Qəzzada son aylarda müəyyən yaxşılaşmalar müşahidə olunsa da, ən azı 1,6 milyon nəfər 2026-cı ilin aprel ayının ortalarınadək yüksək səviyyədə kəskin ərzaq təhlükəsizsizliyi şəraitində qalacaq.
Sherg.az-ın məlumatına görə, hesabatda bildirilir ki, bu şəxslərin 1,03 milyonu “böhran”, 571 mini “fövqəladə vəziyyət”, təxminən 1900 nəfəri isə “qıtlıq” mərhələsindədir. Ümumi vəziyyət hələ də “kritik” olaraq qiymətləndirilir.
BMT eyni zamanda Qəzzada minlərlə uşağın, eləcə də hamilə və süd verən qadınların ciddi qida çatışmazlığı riski ilə qarşı-qarşıya olduğunu, vəziyyətin isə davamlı humanitar yardımdan asılı qaldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















