Icma.az
close
up
RU
BMT rəsmisi “ASAN xidmət”də olub AZƏRTAC

BMT rəsmisi “ASAN xidmət”də olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ona qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dima Əl-Xatib “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi sahəsində təqdirəlayiq olduğunu deyib. O, həmçinin həmin təcrübənin, burada tətbiq edilən innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, səyyar “ASAN xidmət”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, Dima Əl-Xatib Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see346

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see255

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see254

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see251

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see224

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see213

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see203

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see191

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see191

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see185

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see177

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see176

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see176

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see176

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see172

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see170

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see165

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see159

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri