Icma.az
close
up
RU
BMT rəsmisi: “Azərbaycan ev sahibi ölkə kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü” MÜSAHİBƏ

BMT rəsmisi: “Azərbaycan ev sahibi ölkə kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü” MÜSAHİBƏ

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“COP29-un Azərbaycanda təşkili və hazırlığını tərəddüdsüz nümunəvi adlandırıram. Azərbaycan gəncləri səfərbər etmək və onları mühüm beynəlxalq layihələrə cəlb etmək bacarığını açıq şəkildə nümayiş etdirdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.

BMT nümayəndəsi ilə müsahibəni təqdim edirik:

– Xanım Andreeva, salam! Çox məşğul qrafikinizdə bizim suallarımıza cavab verməyə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.

– Dəvətiniz üçün mən təşəkkür edirəm.

– Zəhmət olmasa, karyeranız və peşəkar fəaliyyətiniz barədə bir qədər məlumat verin. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsinə başlayanda qarşınıza hansı əsas məqsədləri qoymuşdunuz və onları reallaşdıra bilmisinizmi?

Karyeramı müxtəlif regionları və sektorları əhatə edən və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq, bərabərliyi, inklüzivliyi və sülhü təşviq etmək kimi dəyərlərə sadiq qalan peşəkar inkişaf yolu kimi xarakterizə edərdim.. Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi vəzifəsinə başlamazdan əvvəl, Avropa, MDB və Asiyada inkişafla bağlı mürəkkəb məsələlərin həlli istiqamətində BMT sistemində müxtəlif vəzifələrdə çalışmışam. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi dörd ildir fəaliyyət göstərirəm və ölkə səviyyəsində BMT-nin Baş katibini təmsil edərək dayanıqlı inkişaf istiqamətində çalışan BMT Ölkə Ofisinə rəhbərlik edən 62 qadından biri olmaq mənim üçün böyük fəxrdir.

Bu vəzifəyə başlamazdan əvvəl fəaliyyətimizi istiqamətləndirəcək bir neçə əsas prioritet müəyyənləşdirdim:

• BMT-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi – Azərbaycan hökuməti ilə əməkdaşlığı genişləndirmək, fəaliyyətimizi milli inkişaf prioritetləri və DİM-lərlə uzlaşdırmaq;

• Çoxşaxəli əlaqələrin genişləndirilməsi – Azərbaycanın qlobal və regional platformalarda, xüsusilə iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf sahələrində aktiv rolunu dəstəkləmək;

• DİM-lərə nail olmaqda irəliləyişi sürətləndirmək – Milli maraqlı tərəflərə inklüziv iqtisadi artım, sosial ədalət və ekoloji dayanıqlılıq kimi əsas məsələlərin həllində yardım göstərmək.

Azərbaycandakı fəaliyyətimi nəzərdən keçirərkən deyə bilərəm ki, əldə etdiyimiz irəliləyişlə qürur duyuram. Əsasən, BMT və Azərbaycan arasında güclü tərəfdaşlığın qurulması daxil olmaqla iqlim dəyişikliyi ilə mübarizə və siyasətlərin hazırlanmasında inklüzivliyin təmin olunması sahəsində bir çox nailiyyətlər əldə edilib. Lakin inkişaf prosesi daima dəyişən çağırışlara və imkanlara uyğun olaraq təkamül edir. Çox iş görülüb, amma hələ qarşıda hədəflər var və mən bu yolda BMT-nin Azərbaycanda etibarlı, effektiv və nüfuzlu tərəfdaş kimi fəaliyyətini davam etdirməsini, ölkənin inkişaf məqsədlərinə çatması və hər kəs üçün daha dayanıqlı, ədalətli bir gələcək qurması istiqamətində dəstəyini davam etdirməsi öhdəliyinə sadiqəm

– Noyabrın 11-dən 22-dək Bakıda COP29 sammiti keçirildi. Bu tədbirlə bağlı gözləntiləriniz doğruldumu? Sizcə, tədbir zamanı vacib məsələlər müzakirə olundumu və ümumilikdə məhsuldarlıq necə qiymətləndirilə bilər?

– Azərbaycan ev sahibi ölkə kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Qeyd etmək lazımdır ki, hazırlıq üçün çox az vaxt ayrılmışdı və tədbir mürəkkəb geosiyasi şərait fonunda baş tutdu. Buna baxmayaraq, COP29 sammitində BMT Baş katibi Antonio Quterreşin də vurğuladığı kimi “1,5 dərəcə hədəfinin qorunub saxlanması üçün vacib bir razılaşma əldə edildi”., Bu, şübhəsiz COP29 Sədrliyinin fəxr etməli olduğu bir nailiyyətdir.COP29-da razılaşdırılmış Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) inkişaf etməkdə olan ölkələr üçün illik maliyyə vəsaitlərini 100 milyarddan üçqat artıraraq 2035-ci ilə qədər 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Bundan əlavə, bu hədəf dövlət və özəl mənbələrdən maliyyələşdirmənininkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün səyləri gücləndirəcək.

Bir çoxları, xüsusilə də Qlobal Cənub ölkələri daha iddialı nəticə gözləyirdi. Lakin Baş katibin də dediyi kimi, bu razılaşma gələcək addımlar üçün əsas yaradır, o cümlədən dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə ayrılmasınıgenişləndirmək üçün bütün aktorların birgə səylərini təmin edir.COP29-da həmçinin Paris Sazişinin 6-cı maddəsinə əsasən,karbon ticarətinə dair razılaşma əldə olundu və bununla on ildir davam edən danışıqlar yekunlaşdırıldı. 6-cı maddə çərçivəsində sərhədyanı əməkdaşlığın ölkələrin milli iqlim planlarının (NDC) həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dollarına qədər azaltmağa imkan yaradacağı gözlənilir.

– Azərbaycanın bu tədbirə hazırlığını və təşkilatçılığını necə qiymətləndirirsiniz? Sizcə, ölkə onu uğurla keçirməyə nail oldumu?

– COP29-un Azərbaycanda təşkili və hazırlığını tərəddüdsüz nümunəvi adlandırıram. Tədbirin əsas xüsusiyyətlərindən biri gənc könüllülərin fəal iştirakı oldu. İştirakçılar hava limanına gəldiyi andan etibarən könüllülər gecə-gündüz onlara dəstək göstərdi, onları isti, enerjili və mehriban bir şəkildə qarşıladılar. Onların peşəkarlığı və fədakarlığı Azərbaycanın qonaqpərvərliyinin və konfransın uğurlu keçirilməsinə olan sadiqliyin əsl təzahürü idi. COP29-un siması məhz bu gənc könüllülər idi və onlar bütün dünyadan gələn nümayəndələrdəxoş təəssürat yaratdılar. Onların ruh yüksəkliyi təkcə Azərbaycanın qonaqpərvərliyini nümayiş etdirmədi, həm də ölkənin gəncləri mühüm layihələrə səfərbər etmək və cəlb etmək bacarığını sübut etdi.

Bundan əlavə, bu tədbir könüllülərə beynəlxalq arenada qiymətsiz təcrübə qazandırdı. Qlobal iqlim konfransı kimi mühüm bir tədbirdə iştirak onların özünəinamını artırdı və bir çoxunu beynəlxalq təşkilatlarda karyera qurmaq barədə düşünməyə ruhlandırdı. Bu, Azərbaycanın gənclərin imkanlarını genişləndirməyə yönəlmiş uzaqgörən yanaşmasının və COP29-un böyük uğurunun bariz nümunəsidir.

– Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

– Məmnuniyyətlə suallarınızı cavablandırdım. Təşəkkür edirəm.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Mart 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri