Icma.az
close
up
RU
BMT tribunasında mötəbər istinad

BMT tribunasında mötəbər istinad

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Donald Tramp Baş Assambleyadakı çıxışında İlham Əliyevin fikrini səsləndirib

Elm adamları, siyasətçilər, o cümlədən jurnalistlər konkret fakt və şəraitlə bağlı həlledici, həssas məqamlarda obyektivliyinə və səhihliyinə tam etibar etdikləri mənbəyə (həmin mənbə obyekt də ola bilər, subyekt də - red.) istinad edirlər. Buraya içində yaşadığımız tarixi hadisələrin qloballığı amilini də əlavə etsək, istinad edilən mənbənin mötəbərliliyinə hətta qarşı duran tərəflərin belə şübhə etrməməsi xüsusi əhəmiyyət kəsb edir. Siyasət aləmində, diplomatik münasibətlərdə isə belə hallar istinad edilənin xüsusi çəkiyə və əlahiddə nüfuza malik olmasının göstəricisinə çevrilir.

Donald Trampın prezident seçilməsindən əvvəl və sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə onun arasında səmimi münasibətlər mövcud idi. Bu münasibətlərin ən yüksək mərhələyə çatması İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a səfəri və Vaşinqtonda imzalanan sənədlərin tarixi əhəmiyyəti ilə xarakterizə oluna bilər. Məhz ötən ilin avqustundan etibarən iki ölkə və iki lider arasında münasibətlərin yeni mərhələsi başlandı.

***

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin adını çəkməsi və onun sözlərini sitat gətirməsi dünya mediasının diqqətindən yayınmadı. Qərb mediasının yazdığına görə, Birləşmiş Ştatların lideri planetdə müharibələrə son qoymaq yolunda əldə olunan irəliləyişi “altı ay ərzində baş vermiş möcüzə” adlandıran Prezident İlham Əliyevin sözlərinə istinad edib. “Azərbaycan Prezidenti belə dedi: “Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu heç kimin mümkün hesab etmədiyi tamamilə möcüzəvi hadisə idi”. ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşmanı öz prezidentliyi dövründə, həllinə nail olunmuş münaqişələr sırasında qeyd edərək, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini də xatırladıb. Onun sözlərinə görə, Paşinyan əldə olunan irəliləyişin ABŞ Prezidentinin şəxsi iştirakı və onun sülhə qəti sadiqliyi olmadan mümkün olmayacağını deyib.

Bunun ardınca Donald Tramp Azərbaycan və Ermənistan arasında normallaşmanı Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, eləcə də Pakistan və Hindistan arasında əldə olunan razılaşmalarla yanaşı qeyd edib. Ağ Ev sahibinın sözlərinə görə, münaqişələrin nizamlanması zamanı o, ölkə liderləri ilə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və tariflərin tətbiqi hədəsindən istifadə edib, amma bu yanaşmalar konkret ölkədən asılı olub.

ABŞ lideri özünün “X” platformasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb. O, müsahibəyə istinadla bunları önə çəkib: “Newsmax” Hacıyevin müsahibəsini “Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.

Oxuculara xatırladaq ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi məlum müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışarkən aşağıdakıları bildirib: “Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ və Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”. O, daha sonra 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb: “Prezident Trampın liderliyi bu prosesə onun siyasi çəkisini gətirdi və Ermənistanla Azərbaycan son sülhə nail oldu”. Bundan başqa, H.Hacıyev Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin formalaşmasına töhfə verdiyini vurğulayıb: “Prezident Donald Tramp və Prezident İlham Əliyev ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar”.

***

Möhkəm və səmimi dostluq ağır sınaqlardan çıxaraq formalaşır. Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində enişli-yoxuşlu müxtəlif mərhələlərdən keçib, hərdən qarşılıqlı əməkdaşlığın gərginlik dalğaları ilə müşayiət olunub. Amma Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər göründü. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaratdı. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoq gələcəyin prioritet istiqamətlərinə çevrildi. Tramp hələ birinci prezidentliyi dövründə ölkəmizlə dostluq və əməkdaşlığın möhkəmlənməsinə ayrıca diqqət yetirirdi. Məhz həmin dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirdi. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Məsələyə bu kontekstdən yanaşanda həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri çoxaldır.

Rəsmi Bakı Donald Trampın ABŞ-a rəhbərlik etdiyi hər iki dönəmdə Vaşinqtonun dünyada gedən proseslərə obyektiv və ədalətli yanaşmasının, beynəlxalq hüquqa hörmətin, sülhə və sabitliyə dəstək və töhfələr verdiyinin şahidi oldu. Azərbaycan rəhbərliyi Ağ Ev Administrasiyasının ölkəmizi regional güc kimi qəbul etdiyini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu gördükcə, buna adekvat addımları ilə etibarlı dost, güvənilən tərəfdaş imicini isbatladı. Bakının səmimi sülh səylərini dəstəkləyən Donald Tramp isə bölgədə normallaşmaya nail olunmasında, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində oynadığı rolu ilə eyni statusa malik olduğunu nümayiş etdirdi.

8 avqust Vaşinqton görüşlərini şərh edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin mahiyyətini belə ifadə edib: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan–Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi”.

Bu gün artıq birmənalı olaraq deyə bilərik ki, ABŞ-ın Cənubi Qafqazda normallaşma prosesinə birbaşa dəstəyi bölgədə sülhün əldə olunmasında həlledici amil olub. Dövlətimizin başçısının “Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir” açıqlaması və Ağ Ev sahibinin şəxsinə ünvanlanan “O, bizimlə eyni ailə dəyərlərini paylaşır” sözləri geniş rezonans doğurdu. Məhz bu səmimi və dostluq münasibətinin müqabilində dünyanın “böyük güclər”indən birinin liderinin planetin ən yüksək tribunasından – BMT Baş Assambleyasının sessiyasında Azərbaycan Prezidentinin sözlərinə mötəbər mənbə kimi müraciət etməsi tədbirin iştirakçısı olan 190-dan çox dövlət və hökumət başçısının yaddaşına həmişəlik həkk olundu.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri