Icma.az
close
up
RU
BMT xəbərdarlıq edib: Münaqişə zonalarında cinsi zorakılıq halları kəskin artıb

BMT xəbərdarlıq edib: Münaqişə zonalarında cinsi zorakılıq halları kəskin artıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 avqust, AZƏRTAC

BMT-nin cümə axşamı, avqustun 14-də dərc etdiyi hesabata görə, münaqişə zonalarında cinsi zorakılıq kəskin şəkildə artaraq əvvəlki illə müqayisədə dörddəbir səviyyədə çoxalıb. Sağ qalan 4600-dən çox insan müharibə, işgəncə, terror və siyasi repressiyalar şəraitində sui-istifadələrə məruz qalıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT Baş katibinin “Münaqişələrlə bağlı cinsi zorakılıq” adlı illik hesabatına əsasən, həm dövlət, həm də qeyri-dövlət subyektləri 21 ölkədə pozuntulara görə məsuliyyət daşıyırlar. Ən yüksək rəqəmlər Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Haiti, Somali və Cənubi Sudanda qeydə alınıb.

Hesabatda qeyd olunur ki, qadınlar və qızlar qurbanların 92 faizini təşkil edirlər, lakin kişilər, oğlanlar, müxtəlif cinsi oriyentasiyaları və kimlikləri olan insanlar, irqi və etnik azlıqlar, bəzi əlillərlə birlikdə yaşları 1-dən 75-ə qədər olan şəxslər də bu iyrənc hərəkətlərin qurbanı olub. “Bu həyəcanverici rəqəmlər həmin cinayətlərin qlobal miqyasını və yayılmasını tam şəkildə əks etdirmir”, -deyə sənədin müəllifləri qeyd ediblər. Onlar diqqətə çatdırıblar ki, cinsi zorakılıq aktları nəticəsində doğulan uşaqlar dərin sosial və iqtisadi marjinalizasiyaya sürüklənir.

Sənəddə həbsxanalarda cinsi zorakılığın narahatlıq doğuran səviyyədə artmasına işarə edilir, qeyd olunur ki, kişilərə qarşı bu iyrənc hərəkətlər tez-tez işgəncə, alçaldılma və məlumatların çıxarılması üçün alət kimi istifadə olunur. Qeyri-dövlət silahlı dəstələri ərazi və resurslara nəzarəti gücləndirmək, ekstremist ideologiyaları tətbiq etmək üçün belə cinayətlər törədirlər.

Hesabatda qeyd olunub ki, münaqişə tərəfləri tez-tez sağ qalanlar üçün humanitar yardımı bloklayır və ya məhdudlaşdırır. Münaqişələrdə seksual zorakılıq üzrə BMT-nin xüsusi nümayəndəsi Pramila Patten bildirib: “Səhiyyə müəssisələrinin dağıdılmasının görünməmiş şiddəti və miqyası, həmçinin cəbhə xəttində xidmət göstərənlərə qarşı hücumlar, təqiblər və təhdidlər sağ qalanların xilasedici yardıma çıxışını ciddi şəkildə əngəlləyib”.

BMT Təhlükəsizlik Şurasının gündəliyində silahlı münaqişələrdə cinsi zorakılıq nümunələri ilə bağlı etibarlı şəkildə şübhəli bilinən və ya məsuliyyət daşıyan 63 dövlət və qeyri-dövlət qurumu da yer alıb. Qeyd edilib ki, həmin ölkələrdə beynəlxalq humanitar hüquqa uyğunluq aşağı səviyyədə qalsa da, onların əksəriyyəti cinayətlərin qarşısını almaq üçün rəsmi öhdəliklər götürüb.

Hesabatda cinayətkarları hədəf almaq üçün Təhlükəsizlik Şurasının sanksiya komitələrinin cəlb edilməsi tövsiyə edilib və qeyd olunub ki, İŞİD və “Əl-Qaidə” əleyhinə antiterror rejimi çərçivəsində cinsi və gender əsaslı zorakılıq açıq şəkildə sanksiyalaşdırıla bilər.

BMT bütün tərəfləri cinsi zorakılığı qadağan edən mükəmməl qanunlar hazırlamağa, hesabatlılığı təmin etməyə, monitorinq və xidmət təminatları üçün təşkilata maneəsiz giriş imkanı verməyə çağırıb. “Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı cinsi zorakılığa dair altı xüsusi qətnaməsi üzv dövlətlər tərəfindən əsas olmalıdır. Biz sağ qalanlara həmrəylikdən daha çox şey - ləyaqətli bir həyat, bu cinayətlərin qarşısını almaq və aradan qaldırmaq üçün təsirli və qətiyyətli fəaliyyət borcluyuq”, -deyə xanım Patten bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri