Icma.az
close
up
RU
Jurnalistlərin qətlinin 50 faizdən çoxu münaqişə və böhran zonalarında baş verib BMT

Jurnalistlərin qətlinin 50 faizdən çoxu münaqişə və böhran zonalarında baş verib BMT

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 2-də dünya ictimaiyyəti Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Gününü qeyd edir.

UNESCO-nun yaydığı hesabatda jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulmasının son dövrlərin ən mühüm və mürəkkəb problemlərindən biri olduğu vurğulanır. Qeyd olunur ki, bu, bütün vətəndaşlar üçün ifadə azadlığını və məlumat əldə etmək hüququnu təmin etmək üçün vacib olan ilkin şərtdir.

BMT bildirir ki, münaqişələrin və digər böhranların artması ilə 2024-cü il bu təhlükəli zonalarda fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyi, onların müdafiəsi ilə bağlı narahatlıqların daha geniş müzakirəsi daha aktual mövzuya çevrilib. Hesabatda deyilir: “Bir çox jurnalistlər, media peşəkarları və əlaqəli media işçiləri öz vəzifələrini çox təhlükəli kontekstlərdə yerinə yetirirlər. Həddindən artıq çox insan müstəqil, etibarlı və yoxlanıla bilən məlumat əldə etmək üçün ölüm, işgəncə, qeyri-qanuni həbs və adam oğurluğu daxil olmaqla ciddi problemlərlə üzləşir. Böhran və münaqişə zonalarından reportaj hazırlayan jurnalistlər öz çətin işlərini yerinə yetirərkən ciddi təhlükələrlə qarşılaşırlar. UNESCO 2017-ci ildən bəri münaqişə zonalarında öldürülən media işçilərinin sayının tədricən azaldığını qeyd etsə də, son vaxtlar bu tendensiya tərsinə çevrilib. Təşkilatın 2023-cü ildə apardığı monitorinqdə jurnalist qətllərinin 50 faizdən çoxunun böhran və münaqişə zonalarında baş verdiyi, 2024-cü ilin birinci yarısında isə davamlı olaraq artdığı göstərilir”.

Hesabatda bildirilir ki, bu faciələr aysberqin yalnız görünən hissəsidir. Media infrastrukturu tez-tez zədələnir və ya məhv edilir, jurnalistlər fiziki hücumlar, həbslər, avadanlıqların müsadirəsi və ya reportaj saytlarına girişin qadağan edilməsi ilə üzləşirlər. Çoxları münaqişə zonalarını “səssizlik zonasına” çevirmək riski ilə qaçmağa və ya işlərini dayandırmağa məcbur olur.

BMT daha sonra qeyd edir: “İstər münaqişə, humanitar fəlakətlər, istər iqlim, istərsə də sağlamlıq böhranları haqqında reportaj hazırlayan jurnalistlər qeyri-mütənasib təhdidlərlə və qətllər, işgəncələr, həbslər, habelə həm offlayn, həm də onlayn rejimdə hədə-qorxu və təqiblərə görə daha yüksək cəzasızlıq səviyyəsi ilə üzləşməkdə davam edirlər”.

BMT məlumat verib ki, Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə əlaqədar noyabrın 6-7-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə UNESCO və Afrika İttifaqının təşkilatçılığı ilə peşə vəzifəsini yerinə yetirərkən həlak olmuş media işçilərinin xatirəsini anma tədbiri keçiriləcək(azərtac).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri