BMTnin Avropa İqtisadi Komissiyası: Orta Dəhliz davamlı və rəqəmsal inkişaf üçün geniş potensiala malik strateji marşrutlardan biridir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 noyabr, AZƏRTAC
Birgə və dayanıqlı səylərlə biz Orta Dəhlizi tam rəqəmsallaşdırılmış marşruta çevirə bilərik. Xərcləri azaldıb, xüsusilə şəffaflığı artıra bilərik.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan COP-29da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Tatyana Molçan qeyd edib ki, Xəzər dənizi vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhliz davamlı və rəqəmsal inkişaf üçün geniş potensiala malik strateji marşrutlardan biridir.
“UNECE səmərəli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkələri yaratmaq üçün hökumətlərlə uzun müddətdir əməkdaşlıq edir. Biz transsərhəd ticarəti və problemsiz nəqliyyatı asanlaşdırmaq üçün vacib olan alətlər, standartlar və çərçivələr hazırlamışıq”, - deyə T.Molçan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















