Icma.az
close
up
RU
BMU alimlərinin layihəsi Elm Fondunun müsabiqəsində qalib olub

BMU alimlərinin layihəsi Elm Fondunun müsabiqəsində qalib olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının təqdim etdiyi layihə Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas Qrant Müsabiqəsi-2025”in qalibləri sırasında yer alıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri kafedranın müdiri Rəvan Rəhimov, icraçısı baş müəllim Elşad Yunusovdur. Tədqiqat “Su hövzələri səthindən neft və neft məhsullarının yığılması üçün ion-maye səthi-aktiv maddələrin sintezi və istehsal texnologiyası” mövzusuna həsr olunub.

Neft sızıntıları və su hövzələrinin çirklənməsi kimi qlobal ekoloji problemlərin həllinə yönələn layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verir. Xüsusilə DİM 6 (Təmiz su və sanitariya), DİM 9 (Sənaye, innovasiyalar və infrastruktur), DİM12 (Məsuliyyətli istehsal və istehlak) və DİM 14 (Su altında həyat) istiqamətləri üzrə həm elmi, həm də ekoloji əhəmiyyət daşıyır.

Tədqiqat çərçivəsində ekoloji cəhətdən təhlükəsiz, çoxfunksiyalı, ion-maye təbiətli səthi-aktiv reagentlərin sintezi, onların fiziki-kimyəvi, antikorrozion, neftyığıcı, neftsıxışdırıcı və bakterisid xassələrinin öyrənilməsi nəzərdə tutulur. İon mayelər kimya sənayesində və elmi tədqiqatlarda “yaşıl kimya” konsepsiyasına uyğun olaraq getdikcə daha geniş tətbiq edilir. Onların aşağı uçuculuğu, yüksək istilik və kimyəvi dayanıqlığı, korroziyaya qarşı passivliyi və ekoloji zərərsizliyi bu birləşmələri ən perspektivli materiallardan birinə çevirir.

Müasir neft hasilatı, daşınması zamanı baş verən qəzalar nəticəsində dəniz və göllərdə yaranan neft çirklənmələrinin qarşısının alınması bu layihənin əsas hədəflərindən biridir. Yeni nəsil ion-maye səthi-aktiv maddələrin işlənməsi su hövzələrinin mühafizəsində, habelə neft hasilatında səmərəliliyin artırılmasında mühüm rol oynayacaq.

Tədqiqat, həmçinin Azərbaycanda yaşıl texnologiyaların inkişafına, ekoloji təmiz reagentlərin sənaye miqyasında tətbiqinə yeni imkanlar açmaqla yanaşı, ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə tanınmasına da mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri