Icma.az
close
up
RU
İsveçrə Elm Fondunun dəstəklədiyi beynəlxalq layihə üzrə işlər davam etdirilir

İsveçrə Elm Fondunun dəstəklədiyi beynəlxalq layihə üzrə işlər davam etdirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva və İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun Meşə Sağlamlığı və Biotik Qarşılıqlı Əlaqələr şöbəsinin müdiri Simone Prosperonun rəhbərliyi ilə İsveçrə Elm Fondunun maliyyələşdirdiyi üçillik layihə üzrə işlər davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin isveçrəli iştirakçılarından olan elmi işçi Karolina Korneco və PostDok Luiz Ever Veqa Qabrera Botanika İnstitutunun qonağı olublar. İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva qonaqlara elmi müəssisənin fəaliyyət istiqamətləri və yerinə yetirilən işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institutun rəhbərliyinin səyi nəticəsində laboratoriyalar zəruri avadanlıqlar və vəsaitlərlə təchiz edilib.

Layihə iştirakçıları plana əsasən birinci il üzrə müəyyənləşdirilmiş məqsəd və vəzifələri geniş müzakirə edib və üç həftə ərzində müəyyən birgə işlər yerinə yetiriblər. Layihənin məqsədi Azərbaycanın bir sıra meşələrində ağaclarla əlaqəli göbələklərin və oomisetlərin monitorinqini aparmaqdan ibarətdir. Müxtəlif iqlim və torpaq tipləri ilə seçilən ərazilərdə bitən bir sıra ağaclardan və torpaqlardan protokola uyğun nümunələr toplanılıb, növbəti mərhələlərdə onların klassik və müasir bioloji yanaşmalarla tədqiqi planlaşdırılır.

Bu elmi məqsədlərlə yanaşı, Azərbaycanda mikoloji tədqiqatların səviyyəsini yaxşılaşdırmaq üçün yeni laboratoriyanın qurulması və gənc tədqiqatçılardan kiçik elmi işçi Xədicə Apbayeva və böyük laborant Turanə Həsənlinin mikologiya sahəsində “nou-hau” və texniki bacarıqlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see235

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see196

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see162

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see129

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see124

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri