Icma.az
close
up
RU
BMU da deputatlar tələbələr ilə görüşüb

BMU da deputatlar tələbələr ilə görüşüb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin deputatları Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş “Konstitusiya və Suverenlik İli: yeni çağırışlar və müasir Azərbaycan gəncliyi” mövzusuna həsr olunub.

Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının təkcə dövlətçilik tariximizin öyrənilməsi deyil, həmçinin postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük önəm daşıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan və 1995-ci il noyabrın 12-də referendum vasitəsilə qəbul olunan Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edildiyini söyləyən rektor, eləcə də yeni reallıqlar şəraitində gənclərin qarşısında dayanan bir sıra mühüm vəzifələrə toxunub. Eyni zamanda, onların milli maraqları daima rəhbər tutacaqlarına, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyəcəklərinə, ölkəmizin beynəlxalq imicinin qorunması və hüquqi dəyərlərimizin təbliğində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.

Deputat Nigar Məmmədova Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, uğurlu təhsili, elmi fəaliyyətə maraqlı, bütün texnoloji yeniliklərə açıq, yüksək mənəvi keyfiyyətlərə sahib olmasının dövlət gənclər siyasətinin əsasında dayandığını bildirib. Ölkəmizdə könüllülük hərəkatının gəncliyə sosiallaşma, təcrübə, geniş əlaqələr qazandırdığını deyərək, tələbələri bütün fürsətləri dəyərləndirməyə çağırıb. Deputat deyib ki, tələbəlik illərindən yüksək fəallıq, komanda ruhu ilə çalışmaq, elmdə həmrəy olmaq vacibdir və zamanın çağırışlarına cavab vermək uğurlu karyeranın təməlini təşkil edir.

BMU-nun texniki ixtisaslarında qızları görməyin qürurverici olduğunu bildirən deputat Səbinə Xasayeva xanımların potensialının düzgün qiymətləndirilməsinin cəmiyyətimiz üçün faydalılığını qeyd edib. Bu gün yaxşı mütəxəssis olmaq üçün ali təhsilin kifayət etmədiyini, həmçinin texnoloji bacarıqlar və yeni vərdişlər qazanmağın önəminə diqqət çəkən deputat gəncləri dövrlə ayaqlaşmağa səsləyib.

Deputat Naqif Həmzəyev isə Azərbaycanın son 30 ildə qazandığı uğurlarının qısa xronologiyasını gənclərə anladıb, 1990-cı illərin əvvəllərində gənc nəslin yaşağı məşəqqətlər, böhranlarla müqayisədə onları şanslı adlandırıb. Həmçinin bugünkü Azərbaycanda gəncliyin inkişafı üçün geniş islahatlar aparıldığını, karyera layihələrinin, startap yarışlarının, o cümlədən dövlət, qeyri-dövlət sektorunda vəzifə pillələrində yüksəlmək imkanlarının mövcud olduğunu deyərək gənclərə karyeralarına məhz təhsil dövründən başlamağı, planlı olmağı tövsiyə edib.

Sonra tələbələr deputatlara Konstitusiyamızın tarixi, habelə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, qlobal siyasi məsələlərlə bağlı suallar ünvanlayıblar.

Deputatlar hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, tələbələrdə müəyyən fikir formalaşdırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri