Icma.az
close
up
RU
BMU da çörək tullantılarının emalına innovativ yanaşma

BMU da çörək tullantılarının emalına innovativ yanaşma

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) qida israfı ilə mübarizə və ekoloji tarazlığın qorunmasına yönəlmiş daha bir innovativ layihə həyata keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxəliyevin rəhbərliyi ilə gerçəkləşdirilən layihə çərçivəsində məişətdə və istehsalat proseslərində artıq qalan çörək qırıntıları xüsusi emal texnologiyaları vasitəsilə yüksək əlavə dəyərə malik məhsullara çevrilib. Aparılan tədqiqat və eksperimental işlər nəticəsində bu tullantılardan etil spirti əldə olunub. Yerdə qalan qalıqdan isə üzvi gübrə və heyvan yemi hazırlanması nəzərdə tutulur.

Məlumdur ki, gündəlik məişət tullantılarının əhəmiyyətli hissəsini çörək və çörək məmulatları təşkil edir. Layihə məhz bu problemin həllinə yönələrək tullantıların sadəcə utilizasiyası deyil, onların təkrar emal yolu ilə iqtisadi resursa çevrilməsini hədəfləyir. Bu yanaşma həm ətraf mühitə düşən yükün azaldılmasına, həm də resurslardan səmərəli istifadəyə töhfə verir.

Layihənin əsas üstünlükləri sırasında ekoloji dayanıqlılığın təmin olunması, iqtisadi səmərəliliyin artırılması və cəmiyyətdə sosial məsuliyyətin təşviqi xüsusi yer tutur. Eyni zamanda, təşəbbüs “yaşıl iqtisadiyyat” prinsiplərinə uyğun olaraq alternativ xammal mənbələrinin formalaşdırılması baxımından da əhəmiyyətli hesab edilir.

Layihə universitetdə elmi-tədqiqat fəaliyyətinin praktik nəticələrə yönəldiyinin nümayişi olmaqla yanaşı, tələbələrin real problemlərin həllinə yönəlmiş innovativ düşüncə tərzini əks etdirir.

Bu innovativ layihə, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 9-cu (Sənaye, innovasiya və infrastruktur), 12-ci (Məsuliyyətli istehsal və istehlak) və 13-cü (İqlim dəyişikliyi ilə mübarizə) istiqamətlərə mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri