Icma.az
close
up
RU
BMU da enerji sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan tədbir keçirilib

BMU da enerji sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan tədbir keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri həftəsi çərçivəsində “Enerji və texnologiyanın gələcəyi” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Energetiklər Gününə həsr olunan tədbirdə BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov belə tədbirlərin təşkilində məqsədin tələbələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətləri ilə bağlı bilik və anlayış formalaşdırmaq, eləcə də onların bu məqsədlərin həyata keçirilməsində fərdi və kollektiv məsuliyyətini artırmaq olduğunu qeyd edib. O, enerji sahəsində yeni texnologiyaların tətbiqinin, bərpaolunan enerji mənbələrinə keçidin və yaşıl transformasiyanın bu məqsədlərə nail olmaq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri professor Ramiz Hümbətov Azərbaycanın enerji sektorunun keçmişindən, mövcud vəziyyətindən və inkişaf perspektivlərindən danışıb. Kafedra müdiri ölkəmizin neft-qaz sənayesində qazandığı uğurların, eləcə də bərpaolunan enerji mənbələrinə yönəlik siyasətin Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Professor tələbələri belə tədbirlərdə fəal iştirak etməyə, tədqiqat və innovasiya layihələrinə qoşulmağa çağırıb.

Kafedranın dosenti Nəcəf Orucov “Azərbaycanda energetikanın dayanıqlı inkişaf persprektivləri” mövzusunda məruzəsini təqdim edib. Məruzədə ölkənin enerji sektorunda baş verən əsas yeniliklər, neft-qaz sənayesinin inkişaf tendensiyaları, enerji resurslarının səmərəli idarə edilməsi, yaşıl enerji zolaqlarının yaradılması və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi məsələləri ətraflı izah olunub.

Çıxışlarda həyata keçirilən enerji layihələrindən bəhs olunub və bu layihələrdən əldə olunan gəlirlərin təkcə iqtisadi deyil, həm də sosial rifahın yüksəldilməsinə, sənayenin formalaşmasına və milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə “Sərfəli və təmiz enerji”, “Sənaye, innovasiya və infrastruktur” və “İqlim dəyişikliyi ilə mübarizə” istiqamətlərinə uyğun olaraq həyata keçirilən tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri