Icma.az
close
up
RU
BMU ilə “BERC Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BMU ilə “BERC Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universiteti ilə “BERC Group” MMC arasında əməkdaşlıq və birgə fəaliyyəti nəzərdə tutan müqavilə imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev və “BERC Group”un direktoru Ruslan Məmmədov tərəfindən imzalanan sənəd ali təhsil ocağı ilə biznes sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Müqavilədən irəli gələn məqsədlər sırasında elmi-texnoloji yeniliklərin sahibkarlığın inkişafına tətbiqi, professor-müəllim heyəti və tələbələr arasında biznes sektoruna aid məlumatlılığın gücləndirilməsi, yeni tətbiqlərin yayılmasının təmini, bilik və bacarıqların dövrün şərtlərinə uyğun davamlı gücləndirilməsi, habelə sosial məsuliyyət, innovativ yönümlü layihələrin birgə icrası kimi vacib məsələlər yer alır.

Rektor Yaqub Piriyev universitetlə iş dünyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından müqavilənin önəminə diqqət çəkib. BMU-da bu istiqamətdə görülən işlərə, mövcud imkanlara, eləcə də universitet Texnoparkında gerçəkləşdirilən layihələrə toxunan rektor birgə fəaliyyətin ümumi işə töhfə verəcəyinə inandığını deyib. Təhsilin bütün pillələri üzrə Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirən BMU-nun əsas hədəfləri, o cümlədən yeniliklər barədə də məlumat verən Yaqub Piriyev birgə əməkdaşlıqdan irəli gələcək məsələlərlə bağlı fikirlərini bölüşüb.

Sonra çıxış edən “BERC Group”un həmtəsisçisi Kənan Ağayev BMU ilə əlaqələrin qurulmasına xüsusi önəm verdiklərini deyib. İmzalanan sənədin universitetlə biznes sektoru arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edən Kənan Ağayev ixtisaslaşmış biznes xidmətləri ekosistemi quran şirkət haqqında geniş məlumat verib. Bildirib ki, “BERC Group”un qarşısına qoyduğu məqsədlərdən biri məhz iş dünyası - universitet platformasının gücləndirilməsidir. Biznes subyektləri ilə akademik sektorun potensialından qarşılıqlı bəhrələnməkdə aparıcı körpü rolu oynayan şirkət 200-dən çox xidmət təklif etməkdədir.

Görüşdə aparılan müzakirələr zamanı müqavilədə yer alan məsələlər - tələbə startaplarının dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafına töhfə verən birgə tədbirlərin, təlimlərin təşkili, tələbələrin təcrübəyə cəlbi, elmi-tədqiqat təcrübəsinə dəstək, ortaq layihələrin, konfransların gerçəkləşdirilməsi, karyera ilə bağlı layihələrin icrası və s. nəzərdən keçirilib.

Tədbirdə, eyni zamanda, BMU Texnoparkı ilə bağlı tədqimat edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri