Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Tolerant cəmiyyətdə qadınların rolu araşdırılıb

Tolerant cəmiyyətdə qadınların rolu araşdırılıb

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tədbir Azərbaycan Respublkasının Dövlət Himninin səsləndirilməsi və dövlət bayrağına həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, cəmiyyətlərin yenilənməsi çox zaman qadınların təhsil, maarifçilik, mədəniyyət və ictimai fikir müstəvisində fəallığı ilə müşayiət olunur. Azərbaycanda qadınların ictimai fəallığının dərin tarixi köklərə malik olduğunu deyən Komitə sədri 1901-ci ildə Bakıda qızlar üçün ilk dünyəvi məktəbin açılmasını və 1918-ci ildə qadınlara seçki hüququnun verilməsini xatırladıb.

Ramin Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan hüquqları və sosial ədalətlə vəhdətdə müəyyənləşən qadın hüquqları 1995-ci il Konstitusiyası ilə daha da möhkəmləndirilib. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətdə qadın hüquqlarının etibarlı təminatı, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Tarix boyu Azərbaycan qadınının ictimai fəallığının dini-mənəvi irsin yaradılması və yaşadılması prosesində də özünü göstərdiyini bildirən Ramin Məmmədov vaxtilə Gövhər ağanın Şuşada öz vəsaiti hesabına Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Nabat xanım Aşurbəyovanın isə Təzəpir məscidinin tikintisini maliyyələşdirməsini bu ənənənin parlaq nümunələrindən olduğunu söyləyib. Vurğulayıb ki, bu gün həmin xeyriyyəçilik və himayədarlıq ənənəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə xüsusi məzmun qazanır. İşğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini abidələrin təmir və bərpası, dini-mənəvi irsimizin yenidən dirçəldilməsi istiqamətində Fondun həyata keçirdiyi layihələr qeyd olunan yanaşmanın əməli ifadəsidir. Gövhər ağanın vaxtilə tikdirdiyi məscidlərin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən bərpası isə bu tarixi bağlılığın ən mənalı təzahürlərindəndir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qadın hüquqlarının təşviqi, qızların təhsili və erkən evliliyin qarşısının alınması istiqamətində əməkdaşlığa toxunan Ramin Məmmədov qadınların dini maarifləndirmədəki rolundan da danışıb. Qeyd edib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 98, Bakı İlahiyyat Kollecində isə 19 qız təhsil alır. İnstitutun indiyədək 145 qadın məzunu olub. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 2025-ci ildə təsis edilən adlı təqaüdlərin qalibləri arasında qız tələbələr də yer alır, bundan əlavə, tələbə qızların sosial inteqrasiyasını dəstəkləmək məqsədilə “Xurşidbanu Natəvan” təqaüdü təsis edilib.
Ramin Məmmədov qadının milli yaddaşın və sağlam ictimai düşüncənin formalaşmasında mühüm rol oynadığını deyərək, qadınların maariflənməsinə yönələn hər bir addımın gələcəyə yatırılan dəyərli sərmayə olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda dövlət qadın siyasətinin ardıcıl inkişafına diqqət çəkib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi maarifçilik ənənələrinə söykənən çoxşaxəli fəaliyyəti isə qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə, humanitar dəyərlərin təşviqinə mühüm töhfə verir.
Bahar Muradova bildirib ki, təmsil etdiyi Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri qadınların və qızların potensialının üzə çıxarılması, təhsili, məşğulluğu və sahibkarlıq imkanlarının genişləndirilməsi, o cümlədən iqtisadi müstəqilliyinin və ictimai fəallığının artırılmasıdır. Bu istiqamətdəki çoxsaylı layihələr, proqramlar, təşəbbüslər getdikcə daha geniş populyarlıq qazanır.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, qadınların hüquqlarının qorunması və ictimai həyatda iştirakçılığının təmin edilməsi ilə yanaşı, bu istiqamətdə kişilərin də dəstəyi vacibdir. Xüsusilə dini və milli dəyərləri yanlış şərh edərək qadınlara qarşı ayrı-seçkiliyə və zərərli davranışlara zəmin yaradan yanaşmaların qarşısının alınmasında din xadimlərinin və ictimai nüfuz sahibi olan şəxslərin maarifləndirmə fəaliyyətinə cəlb edilməsi xüsusi önəm daşıyır.

Komitə sədri bildirib ki, ailələr, valideynlər və gənclərlə iş prosesində dini icmaların və din xadimlərinin iştirakı sağlam ictimai münasibətlərin formalaşmasına töhfə verə bilər. Onun sözlərinə görə, mənəvi dəyərlərimizin əsasını təşkil edən mərhəmət, ədalət, insan ləyaqətinə hörmət və qarşılıqlı məsuliyyət prinsiplərinin təşviqi qadına hörmətin və ailə dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.
Bahar Muradova Azərbaycanın tarixən formalaşmış multikulturalizm mühitinin və dini tolerantlıq təcrübəsinin bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaratdığını deyib. Ənənələrin qorunması ilə müasir inkişaf tələblərinin uzlaşdırılmasının, milli-mənəvi dəyərlərin düzgün anlaşılaraq gələcək nəsillərə ötürülməsinin ümumi məsuliyyət olduğunu bildirib. O, dövlət qurumları ilə yanaşı, özəl sektorun, universitetlərin, vətəndaş cəmiyyətinin və medianın da bu prosesdə fəal iştirakının vacibliyini qeyd edib. Bildirib ki, müxtəlif tərəfdaşların birgə fəaliyyəti qadınların iqtisadi müstəqilliyinin, liderlik imkanlarının və ictimai iştirakçılığının genişləndirilməsinə, mövcud problemlərin həllinə daha təsirli töhfə verə bilər.
Komitə sədri dünyəvi təhsil almış, müasir çağırışları anlayan və dayanıqlı fəaliyyət göstərmək potensialına malik qadınların dini maarifləndirmə prosesində də mühüm rol oynaya biləcəyini vurğulayıb. Bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin və gələcəkdə belə müzakirə platformalarının daha geniş müstəvidə keçirilməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadının cəmiyyətdəki rolunun müzakirəsini bugünkü cəmiyyət üçün ən vacib məsələ kimi qiymətləndirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşılmış azərbaycançılıq ənənələrinə həsr olunan videoçarxı xatırladaraq, azərbaycançılıq məfkurəsinin bütün uğurların təməlində dayanan tarixi sərvət və fəlsəfə olduğunu vurğulayıb. Çıxışda Ümummilli Lider Heydər Əliyevin bu ideologiyanın formalaşmasındakı və inkişafındakı misilsiz xidmətlərindən, eləcə də dövlətçilik və milli vətənpərvərlik prinsiplərindən bəhs olunub. Hicran Hüseynova Azərbaycanın öz mütərəqqi dəyərlərini, tolerantlığı və etnik müxtəlifliyi dünyaya tanıtdığını, eləcə də ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri sayəsində respblikamızın tolerantlıq nümunəsinə çevrildiyini qeyd edib. O, ideologiyanın formalaşmasında ailə və məktəb olmaqla iki əsas institutun rolunu önə çəkərək, uşaqların tərbiyəsində qadınların və anaların xüsusi payı olduğunu bildirib. Milli Məclisin deputatı 44 günlük Vətən müharibəsində iştirak edən, Qarabağı əvvəllər görməyən gənclərin vətənpərvərlik ruhunun və qəhrəmanlığının məhz ailədə aldıqları düzgün tərbiyənin nəticəsi olduğunu deyib. O, qadınları nəsillər boyu mədəniyyət və dəyərlərin ötürücüsü adlandıraraq, onların təhsil və ictimai fəaliyyət vasitəsilə cəmiyyətin kollektiv şüuruna mühüm töhfə verdiyini söyləyib. Eyni zamanda, qloballaşan dünyada ailələrə və gənclərə yönəlmiş ideoloji təsirlərin cəmiyyət üçün təhlükə yaratdığına diqqət çəkib.
Deputat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə qızların təhsilə cəlb olunması istiqamətindəki fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Dini qurumların və din xadimlərinin maarifləndirici rolunun sağlam ictimai münasibətlərin formalaşmasında xüsusi rol oynadığını deyib.
Tədbir “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzusunda panel müzakirələrlə davam edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri