BMU komandası Silikon Vadisində gümüş medala layiq görülüb
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival - SVIIF 2026” beynəlxalq innovasiya festivalında Bakı Mühəndislik Universitetinin (BMU) təmsil olunduğu Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.
Festivalda BMU-nu SABAH əməkdaşı və universitet üzrə mentor Sevinc Əliyeva və BMU tələbəsi Ləman Səfərli təmsil ediblər. Onların təqdim etdiyi “AINOS” layihəsi beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək SVIIF 2026-nın gümüş medalına layiq görülüb.
Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının iştirak etdiyi müsabiqədə Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafat qazanıb. Azərbaycan komandaları festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. Eyni zamanda, ölkəmizin nümayəndə heyəti festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix”ə layiq görülüb.
Azərbaycan nümayəndə heyətinin uğurlu nəticəsi Santa Klara şəhərinin meri Lisa M. Gillmor və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) prezidenti Alireza Rastegarın da diqqətini çəkib. Onlar nümayəndə heyətini əldə etdiyi nəticələr münasibətilə təbrik ediblər.
Qeyd edək ki, nümayəndə heyətinin SVIIF 2026-da iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Festivalda süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həllərini əhatə edən layihələr təqdim olunub. BMU komandasının qazandığı mühüm nailiyyət universitet tələbələrinin innovasiya və texnologiya sahəsində beynəlxalq rəqabət qabiliyyətinin növbəti göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















