Bəyəndiyiniz xanımın paytaxtın “silikon vadisində” hansı emalatxanadan buraxıldığını öyrənin!
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İndi evlənmək üçün orijinal xanım tapmaq çox çətindir. Zahiri görkəmləri kimi, daxili aləmləri və düşüncə tərzləri də bir qəlibdən çıxmış kimi standart və eynidir”.
Ölkə.Az xəbər verir ki, bu fikirləri proqramlaşdırma üzrə mütəxəssis və təlimçi Kərim Tahiroğlu qeyd edib. O, müasir dövrdə qadınların bir-birinə bənzəməsinə kinayə ilə yanaşaraq evlənmək istəyən bəylərə çağırış edib:
“Evlənmək istəyən gənclərə tövsiyyə edirəm ki, bir xanımdan xoşunuz gələndə onu “evlənmək üçün xanımlar” siyahısına namizəd kimi əlavə etməyə tələsməyin. Əvvəlcə onun şəklini “Google Images”də axtarışa verin, görün eyni sir-sifətdə başqa kimlər çıxacaq? Sonra o xanımın rəfiqələrini və qohumu olan qızları araşdırın. Əmin olun ki, onun bənzəri yaxın və uzaq çevrəsində yoxdur. Məsələyə daha peşəkar yanaşmaq istəyən bəylərə bir bonus tövsiyəm daha var. İmkanınız varsa, xoşlandığınız xanımın paytaxtın “silikon vadisində” hansı “emalatxanadan” buraxıldığını öyrənin. Sonra həmin “estetik cərrahın” başqa “əl işlərini” də nəzərdən keçirin. Eynilik tapmasanız tamamdır, bu xanım namizəd ola bilər.
Namizədlərin arasından ən optimalını seçmək üçün isə xüsusi filtrləmə alqoritmlərini işə salmalısınız. Bu da başqa söhbətin mövzusudur. Unutmayın ki, belə taleyüklü məsələlərdə doğru seçim etmək üçün proqramçı düşüncə tərzinə malik olmaq vacib şərtdir”, - deyə o qeyd edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















