Icma.az
close
up
RU
BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində bu ölkənin daha bir ali məktəbində - Pekin İnformasiya Elmləri və Texnologiyaları Universitetində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Qou Fu Azərbaycanda ilk tərəfdaş universitet kimi BMU ilə yaranan münasibətlərin rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əməkdaşlığına töhfə verəcəyinə inandığını deyib. O qeyd edib ki, müəllim və tələbələrin mübadiləsi, birgə elmi tədqiqatlar, kadrların ortaq hazırlığı sahəsində müxtəlif əməkdaşlıq modelləri, eyni zamanda, Çin ilə Azərbaycan arasında təhsil əlaqələrinin dərinləşməsinə, həmçinin mədəni inteqrasiyanın inkişafına xidmət edəcək. Universitet haqqında məlumat verən rektor Çinin nüfuzlu texniki ali məktəblərindən biri olan, informasiya texnologiyası sahəsində ixtisaslaşan ali məktəbin mühəndislik, riyaziyyat, iqtisadiyyat, idarəetmə və s. istiqamətlərdə tədris həyata keçirdiyini, çoxsaylı sahələrdə bakalavr, magistr və doktorantura proqramları təklif etdiyini, habelə tədqiqat fəaliyyəti, o cümlədən sənaye əməkdaşlıqları ilə də tanındığını diqqətə çatdırıb.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül xoş qarşılanmaya görə təşəkkürünü bildirib və Çin ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin hər iki ölkə liderinin apardığı uğurlu siyasət nəticəsində daha da möhkəmləndiyini, elm, təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. BMU haqqında məlumat verən prorektor Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eyni zamanda, xalqlarımız arasında yaxınlaşmaya xidmət edəcəyinə əminliyini söyləyib.

Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadiləsi, təcrübə proqramları, təlim imkanları, ikili diplom proqramları müzakirə olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddən irəli gələn məsələlərin müzakirəsi ilə davam edən görüşdə başlanan əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (keyfiyyətli təhsil) və 17-ci istiqamətlərinə (ortaq həll yolları və əməkdaşlıq) mühüm töhfə olduğu bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri