Icma.az
close
up
RU
BMU məzunu nüfuzlu beynəlxalq proqramın qalibi olub

BMU məzunu nüfuzlu beynəlxalq proqramın qalibi olub

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin məzunu Nabat İsgəndərova İsveçin Uppsala, ABŞ-nin Texas A&M, Merilend və Alabama kimi tanınmış universitetlərində, həmçinin Avropa İttifaqının “Erasmus Mundus” proqramı çərçivəsində magistratura təhsili almaq hüququ qazanıb. Onun seçimi qlobal miqyasda ən rəqabətli və prestijli akademik layihələrdən biri hesab edilən “Erasmus Mundus” proqramı olub.  

"Unikal" xəbər verir ki, Nabat İsgəndərova “Riyazi Hesablamalar və Statistika üzrə Birgə Magistr Proqramı” (Joint Master in Mathematical Computations and Statistics) sahəsində Portuqaliya, İtaliya və Fransa universitetlərində təhsil alacaq. Bu çoxdisiplinar sahə tətbiqi riyaziyyat, statistik modelləşdirmə, məlumatların analizi və hesablama üsulları üzrə qabaqcıl biliklər təqdim etməklə, elmi-tədqiqat, sənaye analitikası, süni intellekt kimi sahələrdə dərin nəzəri, praktiki kompetensiyalar qazandırır.

Qürurverici haldır ki, BMU məzunu dünya üzrə 2500-dən çox şəxs arasından bu proqrama seçilən 12 nəfərdən biridir. Bu, onun fərdi uğuru olmaqla yanaşı, BMU-da verilən keyfiyyətli təhsilin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

671 balla BMU-nun riyaziyyat və informatika sahəsi üzrə bakalavriat səviyyəsinə qəbul olan Nabat İsgəndərova 2023-cü ildə yüksək göstəricilərlə məzun adını qazanıb. BMU rəhbərliyi Nabat İsgəndərovanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil və elmi fəaliyyətində uğurlar arzulayır!

“Erasmus Mundus” proqramının əsas məqsədi Avropa ali təhsilinin keyfiyyətini yüksəltmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirmək və tələbələrə çoxmillətli mühitdə təhsil, habelə təcrübə qazanmaq imkanı yaratmaqdır. Tam təqaüdlü  təhsil prosesi bir neçə Avropa ölkəsində həyata keçirilir və proqramı uğurla başa vuran məzunlara beynəlxalq səviyyədə tanınan birgə diplom təqdim olunur. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri