Icma.az
close
up
RU
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib

BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb.

BMU-dan Avtosfer.az-a bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə ölkəmizin 7 ali təhsil ocağı-Bakı Dövlət Universiteti (941-950),  Azərbaycan Dövlət İqtisad Universiteti (1081-1100), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) daxil olub. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-nin (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə reytinqdə uğur qazanan BMU-nun rektoru Yaqub Piriyevə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı təqdim olunub. 

Qeyd edək ki, BMU son illərdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıb, ətraf mühit strategiyası üzrə mühüm addımlar atıb. Universitet “Enerji səmərəliliyi”, “Dayanıqlı nəqliyyat sistemi”, “Tullantıların azaldılması və təkrar emalı”, “Dayanıqlı qida sistemlərinə keçid” və s. istiqamətlər üzrə bir sıra tədbirlər reallaşdıraraq, qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılmasına mühüm töhfələr verir, bərpa olunan enerji mənbələrinin istifadəsi üzrə tullantıların azaldılması, təkrar emalı üçün kampus daxilində tullantıların minimuma endirilməsi və çeşidlənməsini həyata keçirir. Ali məktəbin ərazisində günəş panelləri, külək turbinləri quraşdırılıb, habelə kampusda yaşıl sahələrin inkişaf etdirilməsi və qorunması istiqamətində məqsədyönlü işlər görülür. BMU-nun “QS dayanıqlılıq reytinqi 2025”də qazandığı mühüm nailiyyət bütün bu işlərin uğurlu nəticəsidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri