Icma.az
close
up
RU
BMW , Mercedes və Audi salonları kütləvi şəkildə bağlanır

BMW , Mercedes və Audi salonları kütləvi şəkildə bağlanır

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Çində “böyük alman üçlüyü”nün avtosalonları kütləvi şəkildə fəaliyyətini dayandırır.

Ölkə.Az xəbər verir ki, 2026-cı ilin başlanğıcı Çin bazarında "BMW", "Mercedes-Benz" və "Audi" üçün uğurlu olmayıb. Dilerlərin təklif etdiyi böyük endirimlər gözlənilməz nəticə verib.

Sedan və krossover modelləri də daxil olmaqla onlarla populyar "BMW" avtomobilində, eləcə də "Mercedes-Benz C-Class" və "Mercedes-Benz GLC" modellərində bəzi bölgələrdə endirimlər 10 faizi keçib. Lakin bu addımlar anbar ehtiyatlarının artıqlığı problemini həll etməyib. Dilerlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələ 2025-ci ilin ilk yarısında Çində fəaliyyət göstərən avtodilerlərin yarıdan çoxu zərər etdiyini bildirirdi, cəmi 30 faizi isə mənfəətlə işləyə bilirdi. 2026-cı ildə də vəziyyət yaxşılaşmayıb. Fasiləsiz endirimlər səbəbindən yeni premium avtomobillərin satış marjası rentabellik həddindən aşağı düşüb. Alman premium markalarının dilerləri həm strategiyalarını yenidən nəzərdən keçirməyə, həm də gələcək taleləri ilə bağlı qərar verməyə məcbur qalıblar.

Böhran xüsusilə Çin meqapolislərindən kənarda daha qabarıq hiss olunur. Alıcılıq axınının zəif olduğu ikinci və üçüncü səviyyəli şəhərlərdə 2025-ci ilin sonlarından etibarən "BMW", "Mercedes-Benz" və "Audi" təklif edən mərkəzlər kütləvi şəkildə bağlanır. Böyük diler holdinqləri xərcləri azaltmaq üçün rentabelli olmayan şourumları bağlayır və itkiləri minimuma endirmək məqsədilə multibrend formatına keçirlər.

Çinin elektromobil istehsalçıları isə sözün əsl mənasında “avropalıların nəfəsini kəsir”. Avropa brendləri həm qiymət müharibəsində, həm də model çeşidinin aktuallığı uğrunda rəqabətdə geri qalır. Bu bazarda Avropa avtomobil nəhənglərinin gələcək taleyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri