Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 275.976 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
"APA-Economics" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artım deməkdir.
Qeydiyyata alınan mülkiyyət hüququnun 51.427-si (19%) ilkin, 224.549-u (81%) isə təkrar qeydiyyatın payına düşür.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4%, alqı-satqı üzrə 13,1%, vərəsəlik üzrə 5,4%, bağışlama üzrə 13%, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4% artım müşahidə olunub.
Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında isə 30,1 faiz azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr ayları ərzində mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 2,9 faiz, fərdi yaşayış və bağ evləri üzrə 16,8 faiz, qeyri-yaşayış sahələri üzrə 11,6 faiz, qeyri-yaşayış binaları üzrə 9,3 faiz artım, çoxmərtəbəli yaşayış binaları üzrə 26,3 faiz, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 faiz, torpaq sahələri üzrə isə 0,7 faiz azalma müşahidə olunub.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Həmçinin, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 49.646 ipoteka və 5.692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9% və 11,5% artım deməkdir.
Hesabat dövründə daşınmaz əmlak obyektləri üzrə 193.414 texniki pasport tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 26 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















