Icma.az
close
up
RU
“Boğulmamaq üçün ağzını dirədiyi boşluqları gördüm...” Natiq Qasımovun qardaşından təsirli açıqlama

“Boğulmamaq üçün ağzını dirədiyi boşluqları gördüm...” Natiq Qasımovun qardaşından təsirli açıqlama

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Musavat.com-a danışan Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov bildirib ki, Natiq 8-ci sinfə kimi həmin məktəbdə təhsil alıb. Təhsil ocağına qəhrəmanın adının verilməsi təşəbbüsü ilə elə qardaşı Nofəl müraciət edib. 

“Elm və Təhsil Nazirliyinə məktub yazıb bildirdim ki, qardaşım oranın məzunu olub. Ona görə də məktəb onun adını daşısa daha yaxşı olar. Nazirlik mənim müraciətimi Nazirlər Kabinetinə çatdırdı. Dünən də xəbər tutdum ki, xahişim nəzərə alınıb, məktəbə qardaşımın adı verilib”. 

Natiq Qasımovun qardaşı: 'Ali Baş Komandana təşəkkür edirəm'

N. Qasımovun sözlərinə görə, gələcəkdə məktəbdə Natiqin büstü qoyula bilər:

“Yaşadığı binanın qarşısında onun adına xatirə bulağı salınmışdı. İndi onu yeniləyirik. Düşünürəm ki, qardaşımın büstü Pirlər kəndində  onun döyüşdüyü yerdə qoyular.

Onun əsir düşdüyü yerə dəfələrlə getmişəm. İçinə sığınıb özünü müdafiə etdiyi kilsənin bir hissəsi qalır. Oraya girib baxmışam. Sonuncu dəfə noyabrın 7-də orada oldum. Qardaşımın boğulmamaq üçün ağzını dirədiyi boşluqları gördüm, çox pis oldum.  Anam və bacılarım indi Gəncəyə köçüblər. Mən isə Natiqin xatirəsindən ayrıla bilmədiyim üçün hələ də Minəçevirdə qalıram. Yaxın illərdə həyat yoldaşımı və qızımı itirdim, tək yaşayıram. İndi təsəllim qardaşımla bağlı gördüyüm işlərdir.

Lakin həm anamın, həm də mənim gözüm hələ də yoldadır. Anamın yarasına heç nə təsəlli olmur. Qalıqları tapılsaydı, gözü yoldan yığılardı. Doğrudur, edilən işlər bizə dəstəkdir, amma 21 yaşında məhv olan oğlanın yanğısını heç nə sakitləşdirmir”. 

Qeyd edək ki, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Rəsmi məlumata görə, həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri