Icma.az
close
up
RU
Boğulmasın deyə ağzını dirədiyi boşluqları gördüm... Natiqin qardaşı

Boğulmasın deyə ağzını dirədiyi boşluqları gördüm... Natiqin qardaşı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ölkə.Az xəbər verir ki, musavat.com-a danışan Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov bildirib ki, Natiq 8-ci sinfə kimi həmin məktəbdə təhsil alıb. Təhsil ocağına qəhrəmanın adının verilməsi təşəbbüsü ilə elə qardaşı Nofəl müraciət edib. 

“Elm və Təhsil Nazirliyinə məktub yazıb bildirdim ki, qardaşım oranın məzunu olub. Ona görə də məktəb onun adını daşısa daha yaxşı olar. Nazirlik mənim müraciətimi Nazirlər Kabinetinə çatdırdı. Dünən də xəbər tutdum ki, xahişim nəzərə alınıb, məktəbə qardaşımın adı verilib”. 

N. Qasımovun sözlərinə görə, gələcəkdə məktəbdə Natiqin büstü qoyula bilər:

“Yaşadığı binanın qarşısında onun adına xatirə bulağı salınmışdı. İndi onu yeniləyirik. Düşünürəm ki, qardaşımın büstü Pirlər kəndində  onun döyüşdüyü yerdə qoyular.

Onun əsir düşdüyü yerə dəfələrlə getmişəm. İçinə sığınıb özünü müdafiə etdiyi kilsənin bir hissəsi qalır. Oraya girib baxmışam. Sonuncu dəfə noyabrın 7-də orada oldum. Qardaşımın boğulmamaq üçün ağzını dirədiyi boşluqları gördüm, çox pis oldum.  Anam və bacılarım indi Gəncəyə köçüblər. Mən isə Natiqin xatirəsindən ayrıla bilmədiyim üçün hələ də Minəçevirdə qalıram. Yaxın illərdə həyat yoldaşımı və qızımı itirdim, tək yaşayıram. İndi təsəllim qardaşımla bağlı gördüyüm işlərdir.

Lakin həm anamın, həm də mənim gözüm hələ də yoldadır. Anamın yarasına heç nə təsəlli olmur. Qalıqları tapılsaydı, gözü yoldan yığılardı. Doğrudur, edilən işlər bizə dəstəkdir, amma 21 yaşında məhv olan oğlanın yanğısını heç nə sakitləşdirmir”. 

Qeyd edək ki, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Rəsmi məlumata görə, həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see118

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see117

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see116

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Mingəçevirdə qəza: Avtomobil hazırlıqdan gələn məktəbliləri vurdu

02 İyun 2025 19:29see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri