Tramp Nobel ə görə Qrenlandiyanı alacağını deyib: Aİ ABŞ ticarət müharibəsi yenidən alovlana bilər
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, o, Norveçin baş naziri Yonas Qar Störeyə göndərdiyi qeyri-adi mesajda mükafata layiq görülmədikdən sonra artıq “yalnız sülh barədə düşünmək məcburiyyəti hiss etmədiyini” bildirib və ABŞ-ın Qrenlandiya üzərində “tam və mütləq nəzarətə” ehtiyacı olduğunu vurğulayıb.
Son həftələr Tramp Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiya ilə bağlı ritorikasını sərtləşdirərək adanın “danışıqlar yolu ilə və ya bu alnmasa güc tətbiq etməklə” ABŞ-ın nəzarətinə keçəcəyini deyib. O, Avropa ölkələri etirazçı mövqeylərindən geri çəkilməsələr, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrə qarşı 10–25% rüsum tətbiq edəcəyi ilə hədələyib.
Bu bəyanatlar Avropa İttifaqı (Aİ)–ABŞ ticarət münasibətlərini yenidən gərginləşdirib və qarşılıqlı sanksiyalar riskini artırıb. Aİ rəhbərləri Brüsseldə fövqəladə sammitdə cavab tədbirlərini müzakirə etməyə hazırlaşır.
Tramp Qrenlandiyanın ABŞ üçün “milli təhlükəsizlik” baxımından vacib olduğunu desə də, Danimarka və Qrenlandiya rəhbərliyi beynəlxalq hüquqa və dialoqa sadiq qaldıqlarını bildirərək təzyiqləri rədd edib. Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ərazinin öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququ olduğunu vurğulayıb.
Ekspertlər xəbərdarlıq edir ki, Trampın bəyanatları təkcə ticarət müharibəsi deyil, həm də NATO daxilində ciddi siyasi böhran riskini artırır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















