Tramp Fransa prezidentinin şəxsi mesajını dərc etdi FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın iştirakı ilə Parisdə "Yeddilərin görüşü"nü (G7) keçirmək təklifi ilə çıxış edib.
Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social"da Makronun ona göndərdiyi şəxsi mesajı dərc edib.
"Davos görüşündən sonra, yanvarın 22-də Parisdə G7 görüşünü təşkil edə bilərəm. Mən ukraynalıları, danimarkalıları, suriyalıları və rusları dəvət edə bilərəm", - mesajda deyilir.
Fransa Prezidenti, həmçinin D.Trampı ABŞ-yə yola düşməzdən əvvəl Fransa paytaxtında nahara dəvət edib.
Makron ABŞ Prezidentini "dost" adlandırıb və Suriya ilə bağlı mövqelərinin tamamilə üst-üstə düşdüyünü qeyd edib. O deyib ki, Trampla birlikdə İranla bağlı "böyük işlər görə" bilərlər.
Lakin Fransa Prezidenti ABŞ rəhbərinin Qrenlandiya ilə nə etmək niyyətində olduğunu başa düşmədiyini vurğulayıb.
Baxış sayı:91
Bu xəbər 20 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















