Böhrana hazır olun BVF dən ÇAĞIRIŞ
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə nazirlərinə və mərkəzi bank rəhbərlərinə İran ətrafındakı gərginlikdən sonra qlobal iqtisadiyyatda yeni böhranlara hazırlaşmağı tövsiyə edəcək.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə BVF-nun rəhbəri Kristalina Georgiyeva bildirib.
Gələn həftə keçiriləcək BVF və Dünya Bankı yaz iclasları öncəsi Vaşinqtonda çıxış edən K.Georgiyeva ölkələri “öz evlərini qaydasına salmağa” çağırıb.
O qeyd edib ki, bu böhran keçdikdən sonra yenisi başlayacaq.
BVF rəhbərinin sözlərinə görə, ölkələr güclü və dayanıqlı iqtisadiyyatlar qurmalı, uzunmüddətli dəyişikliklərə fokuslanmalı, məhsuldarlığı artıran investisiyalara üstünlük verməli və iqtisadi nəticə verən, lakin yüksək xərc tələb etməyən tədbirlər həyata keçirməlidirlər.
Georgiyeva əlavə edib ki, əvvəlki və hazırkı böhranlar göstərir ki, özəl sektor daha çevik və uyğunlaşa bilən mexanizmlərə malikdir.
Baxış sayı:120
Bu xəbər 09 Aprel 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















